Xəbər lentİ


BURA “DÜNYANIN SONU”DUR: ƏTİ ÇİY-ÇİY YEYİRLƏR

13:42, 08.12.17
481
maraqli
BURA “DÜNYANIN SONU”DUR: ƏTİ ÇİY-ÇİY YEYİRLƏR Yamal - türkcədə "dünyanın sonu” mənasını verir. Şimal qütb dairəsindəki Yamal yarımadasında yaşayan bu insanlar, maral saxlamaqla məşhurdur.
Yamal yarımadasının 700 km.lik hissəsi ruslara aiddir. Burada 2002-ci ilin statistikasına görə 40 mindən çox nenetlər yaşayır. Tək məqsədləri həyatda qalmaqdır... Onların ən böyük xüsusiyyəti əti çiy - çiy yeməkdir. Şaxtalı soyuqda yaşayan nenetlər, müasir həyatı rədd edir... 21-çi əsrin həyatından uzaq görünən bu icma üzvlərinin çoxu cib telefonuna və generatora sahibdir. Ren maralı sürüləri saxlayan nenetlər otlaqlarını itirmək istəmədikləri üçün bölgədə sistemləşməyə qarşı çıxırlar. Nenetlər heyvanlarını otarmaq üçün tam 100 kilometr yol gedirlər.
Ancaq, burada əsrlər boyu yaşayan nenet xalqı üçün marala baxmaq, yalnız iş və dolanma deyil, eyni zamanda həyat mənasını verir... Nenetlər ənənəvi olaraq şimal maralı saxlayan köçəri bir xalqdır...
Mənfi 50-yə çatan soyuqlarda çadırlarda yaşayan nenetlər, hüzur içindəki həyatlarını dünyadakı enerji böhranı səbəbiylə itirmək üzrədirlər.
Bir zamanlar Stalin tərəfindən qətliama məruz qalan nenetlərin olduğu bölgə artıq dünya üçün çox əhəmiyyətlidir. Dünyanın məlum təbii qaz ehtiyatlarının dörddə biri buradadır. Uzun illər dünyadan təcrid halda yaşamağı seçən nenetlər təbii qaz ehtiyatı səbəbiylə tikilən relslərlə artıq dünyayla daha iç - içədirlər... "Bu vəziyyətdən məmnundurlarmı?” desəniz, bu sual açıq qalır.
Rusiyanın az tanınan xalqlarından olan nenetlər hər il eyni zamanda qış düşərgəsinə getmək üçün şaxtalı havada yola çıxırlar...
Şimal marallarının ətlərini satan nenetlər, heyvanların buynuzlarını da əsasən Çinə ixrac edirlər. Nenetli gəlin namizədlər üçün Türkiyədəki kimi bir başlıq pulu tətbiq olunur. Gəlinlərin cehizləri şimal maralı cinsindən hesablanır. Hər ailənin öz çadırı və sürüsü var. Sürülərin sayı 50 və 7 min şimal maralı arasında dəyişir.

Fikirlər

 Oxşar xəbərlər: