
Sağ əlininizə, ovcunuzun içərisinə diqqətlə baxın və ürək xəttinin hansı istiqamətdən başladığı və hansı istiqamətə doğru hərəkət etdiyini təyin edin. O, adətən başlanğıcını baş və şəhadət barmaqlarından götürür və çeçələ barmağın altında bitir. Şəkildə özünüzə uyğun gələn variantı seçin və ona uyğun gələn təsvirə baxın.
A. Əgər ürək xətti əvvəlini orta barmaqdan götürürsə, onda siz əsl liderin bütün keyfiyyətlərinə maliksiniz. Siz kifayət qədər ağıllı, iddialı, qətiyyətli və müstəqilsiniz. Siz düzgün qərarlar qəbul etməyi bacarırsınız. Ətrafınızdakı adamlarla soyuq olsanız da, bütün sevginizi ailənizə verməyi üstün tutursunuz.
B. Əgər ürək xətti şəhadət barmağı və orta barmağın arasından başlayırsa, siz insanlara qarşı çox diqqətlisiniz və xeyirxahlıq sizin əsas xarakterinizdir. Belə ürək xətti olan insanlar çox ehtiyyatlı və bir az cəsarətsizdirlər. Qərar qəbul edilərkən onlar sağlam düşüncələrə əsaslanırlar. Ətrafdakılar onlara çox inanır və onlarla sirlərini bölüşdürməyi sevirlər.
C. Əgər ürək xətti şəhadət barmağından başlayırsa, bu sizin çox həssas və tez yaralanan adam olduğunuzu göstərir. Siz həyatda nəhəng planlar qurmağı və onları həyat keçirməyi bacarırsınız, amma ətrafdakılardan da həmişə çox şey tələb edirsiniz. Bu zaman siz nəinki özünüzə görə, hətta ailənizə və dostlarınıza görə də çox narahat olursunuz.
D. Əgər ürək xətti başlanğıcını baş və şəhadət barmaqlarının arasından götürürsə, deməli sizin çox yumşaq ürəyiniz var. Siz səbr və həyatdan zövq ala bilmək kimi vacib keyfiyyətlərə maliksiniz. Ətrafdakılarınızın sizi tez-tez xəyalpərəst adlandırmaları təsadüfi deyil. Amma siz hər yerdə və həmişə harmoniya yaratmağı bacarırsınız. Sizin şən adam olmağınız və insanlara qayğıkeş münasibətiniz sizi haminin sevimlisi edir.