Xəbər lentİ


Yazıçı Aqil Abbas Azərbaycan Universitetinin tələbələri ilə görüşüb - FOTO

16:14, 18.03.22
82
maraqli
Yazıçı Aqil Abbas Azərbaycan Universitetinin tələbələri ilə görüşüb - FOTO Yazıçı-publisist, Milli Məclisin deputatı, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas Azərbaycan Universitetinin filologiya tələbələri ilə görüşüb. Görüş Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimovanın giriş sözü, kafedranın professoru Asif Hacıyev və kafedranın dosenti Fərhad Mədətov Aqil Abbasın həyat və yaradıcılığına həsr olunmuş məruzələri ilə başlayıb.
Çıxışlardan sonra Aqil Abbas tələbələrin onun yaradıcılığı, nəşr olunduğu dövrdə böyük hadisəyə çevrilən “Dolu”, XVIII əsrin sonunda Azərbaycan xanlıqları arasındakı ziddiyyətli münasibətlərdən, həmin dövrdə Qarabağda cərəyan edən hadisələrdən bəhs edən “Batmanqılınc” romanları, ədəbi görüşləri, Azərbaycan ədəbiyyatının dünyadakı mövqeyi haqqında suallarını cavablandırıb, tələbələrlə görüşməkdən hər zaman məmnun olduğunu vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib, yazıçının tələbələrə kitabları hədiyyə edilib.
Yazıçı Aqil Abbas Azərbaycan Universitetinin tələbələri ilə görüşüb - FOTO
Yazıçı Aqil Abbas Azərbaycan Universitetinin tələbələri ilə görüşüb - FOTO
Yazıçı Aqil Abbas Azərbaycan Universitetinin tələbələri ilə görüşüb - FOTO

Fikirlər

 Oxşar xəbərlər: