Xəbər lentİ


Əxlaq dindən qədimdir…

18:03, 26.04.22
13
maraqli
Əxlaq dindən qədimdir…“İslamın təməli imandır” deyənlər “bir insan ömür boyu haqq-hüquq tanımasa, yalnış işlər görsə də imanı onu xilas edəcək” kimi bir anlayışı da sərgiləmiş olurlar. Digər tərəfdən, dini vəzifələrin (ibadətlərin) yerinə yetirilməsi kimi görülən dindarlıq “ehtiyat əxlaqı” adlanan haqq-hesab əxlaqını doğurub. Yəni “ bu işi görsəm, Allah məni mükafatlandıracaq, bunu etməsəm, Allah məni cəzalandıracaq”. Belə bir inancın əxlaqı ola bilərmi?
Əxlaqın əmrləri şərti deyil. Bu məqamda İslamın prioritetinin iman, yoxsa əxlaq olması məsələsini müzakirə etmək lazımdır.
İnancla əxlaq arasında olan əlaqə əsasında aparılan müzakirələri Allahı mövzudan kənarda saxlamaq cəhdi kimi dəyərləndirilməsi doğru deyil. Ancaq problemləri rasional gerçəkliklərə əsaslanaraq müzakirə etmədən insanlıq həqiqətinə uyğun nəticələrə gəlmək mümkün deyil. Maturidiyə əsaslanaraq deyək: Əxlaq mövcud deyil, əldə edilən bir şeydir. Dində, əqidədə və təlimdə olmaq insanı əxlaqlı etməz. Əxlaq iradə işidir.
Hər bir ideologiya, hər bir intizam, hər bir təlim son nəticədə özünü əxlaq üzərində qurur. Nə qədər keçmişə getsək, bir o qədər əxlaqdan danışmaq olar. Ona görə də əxlaq haqqında dinlərdən asılı olmayaraq danışmaq mümkündür, amma dinləri əxlaqdan ayrı danışmaq olmaz. Bəşəriyyətin tarixi təkcə 1500 illik İslam tarixindən ibarət deyil. Deməli, əxlaq insanlarla mövcud olan bir məfhumdur. Hz. Məhəmmədin “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm” ifadəsi bu həqiqəti təsdiq edir.
Bütün peyğəmbərlər istismar nizamına qarşı üsyan edərək var olublar. Onlar təkəbbür, marjinallaşma, ədalətsizlik, zülm, narazılıq, qohumbazlıq və ayrı-seçkilik kimi sosial problemlərlə mübarizə aparırdılar. Buna görə də Firon Musaya qarşı çıxdı. Hz. İsanı çarmıxa çəkənlər şərin müdafiəçiləri idilər. Əbu Cəhl və Əbu Ləhəb kimi Məkkənin görkəmli şəxslərinin İslamı rədd etmələrinin arxasında imtiyazlı mövqelərini itirmək qorxusu dayanırdı.
“Deməli, sən bizi qullarımızla eyniləşdirirsən, Məhəmməd, biz belə dini qəbul etmirik” iradları dövrün oliqarxlarının nöqteyi-nəzəridir. Hakimiyyət/güc əldə etdikdə həm islamçılığı müdafiə edən, həm də xalqdan qoparaq yaşayanlara baxmayın. Məscidlərdə, televiziyalarda yoxsulluqdan danışan, amma padşah kimi yaşayanlara baxmayın...

Eminquey

Fikirlər

 Oxşar xəbərlər: