Xəbər lentİ


Kino kimi həyatlar, həyat kimi kinolar...

13:32, 10.06.22
89
maraqli
Kino kimi həyatlar, həyat kimi kinolar...Həyatı təsvir etmək üçünən yaxşı və əvəzsiz vasitələrdən biri də filmlərdir. Çünki biz özümüzü və hadisələri bu üsulla daha aydın və daha həqiqəqtə yaxın görə bilirik. Bəzən elə filmlər var ki, onları unudulmaz edən o filmlərdəki təsirli söz və ifadələrdir. Bu gün məhz həmin filmlər və sözlər haqqında danışmaq istərdim.

Bir çoxlarımızın dəfələrlər izlədiyi həbsxana həyatından bəhs edən “Əsarətin Bədəli “— İngiliscə - The Shawshank Redemption filmini dəunudulmaz edən məhz belə sözlərdi.

Filmdə olan ifadələrdən bir neçəsi : - Musiqi burada, yəni içimdə.Musiqinin gözəlliyi budur, onu sizdən ala bilməzlər. Heç musiqi üçün belə şeylər hiss etmədiniz mi? Unutmamaq üçün ona ehtiyacınız var, unutmamaq üçün sənin olan bir şeyi…— Ümid təhlükəlidir. Ümid bir insanı dəli edə bilər. Bu isə yaxşı deyil.

— Ümid yaxşı bir şeydir, bəlkə də ən yaxşısı. Və yaxşı şeylər əsla ölməz.

Dahabirmaraqlıfilm“Martiks”adlıfilmdirki,oradakıifadələrdəinsanaçoxtəsiredir.

Misal üçün - Heç həqiqi olduğundan əmin olduğun bir yuxu gördün mü?

Ya bu yuxudan heç oyanamasaydın o zaman real dünya ilə yuxu arasındakı fərqi necə ayırd edərdin?

Daha bir filmdən olduqca maraqlı ifadə - Bəlkə də xoşbəxtlik yalnız qova bildiyimiz bir şeydir.

Bəlkə də onu əsla tuta bilməyəcik.

— Birinin sənə bir şey edə bilməzsən deməsinə icazə vermə… Bir xəyalın varsa onu qorumaq gərək. İnsanlar bir şey edə bilməz və sənin də edə bilməyəcəyini söyləyirlər. Bir şey etmək istəyirsənsə, gedib onu zorla al.

— Əgər bir adam görüşməyə köynəksiz gəlsəydi və onu işə alsaydım,sən nə deyərdin Kris..?

— Hər halda şalvarın çox yaxşıdır deyərdim.

“Döyüş klubu” - adlı filmin də təsirli söz və ifadələri çoxlarını dərin – dərin düşündürür. Məsələn - «Biz qəbul edənik… Ehtiraslı bir həyat tərzinin yan qollarıyıq… Cinayət, Cəza, Yoxsulluq...Bunlar məni maraqlandırmır… Mənim üçün önəmli olan maqazin jurnalları, 500 kanallı televiziyam… »

— Yalnız hər şeyi itirdikdən sonra azad ola bilərik.

— İnsan sevdiyini öldürür deyə bir söz vardır ha.

Əslində baxın, insanı öldürən hər zaman öz sevdiyidir.

Beləliklə, kino kimi həyatlar, həyat kimi kinolar var. Yetər ki, yaşadığımız həyatı şərəflə və vicdanla yaşayaq...



Hazırladı : Bünyamin Bünyadzadə

Fikirlər

 Oxşar xəbərlər: