Xəbər lentİ


Həddən artıq yas tutmaq psixi pozuntu sayılacaq…

14:59, 21.06.22
81
maraqli
Həddən artıq yas tutmaq psixi pozuntu sayılacaq…İnsan cəmiyyətində hər zaman xeyr və şər qardaşdır deyiblər. Təbii ki, kainat qanunlarına qarşı çıxmaq mümkün olmadığı üçün insan öz itkiləri ilə üz —üzə qalanda ən son ümid kimi bir təsəlliyə ehtiyac duyur. İnsan həyatının sona çatması onun yaxınları üçün dərin mənəvi gərgiliklər yaradır. Lakin həddin artıq kədərlənmək və mənəvi sarsıntı içində yaşamaq isə heç də doğru deyil. Hətta bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının psixixəstəliklərlə bağlı yeni təsnifatı var. Bu təsnifata görə həddən artıq yas saxlamaq və kədərlənməkyeni psixi pozuntu kimi qəbul ediləcək.

Bundan başqa psixiatrlar da bildirir ki,insanhər hansı həyati vacib məsələdə doğma adamınınitkisindən 1 il sonra hələ də kədər içindədirsə, normal həyat və iş rejiminə qayıda bilmirsə, o zaman ona psixi pozuntu kimi yanaşıb müvafiq müalicə yazmaq lazımdır.Öz kədərinə, itkisinə fokuslanmış insan bəzən yardım olmadan bu vəziyyətdən özü çıxa bilmir.

Bütün dünyada itkidən sonra insanın narahatlığı, kədərlənməsi təbii bir proses olsa da bunun ifrat dərəcədə olması heç də yaxşı hal sayılmır.1990-cı illərdən mütəxəssislər uzun müddət çəkənkədər və neqativhallarüçün psixiatrik yardımı vacib hesab edir. Araşdırmalara əsasən məlum olub ki,təxminən1 ildən artıq davam edən qapalılıq, yas,depressiyanın əsas səbəblərindəndir.

Yeni təsnifathəkimlərə imkan verəcək ki, dəhşətli itkidən sonra izolyasiyada qalan, özünə qapanan şəxsləri, məsələn ərinin ölümündən sonra tək qalan dul qadınlara və ya övladını itirən anaya düzgün tibbi xidmət göstərsin.

Ümumdünya Səhiyyə Təşkilatıtövsiyə edir ki, həkimlər belə diaqnozu olan xəstələrin müalicəsini tibbi sığorta hesabına edə bilər. Təbii ki, bu məsələ hər bir ölkənin öz daxili səhiyyə qaydaları ilə həll olunmalıdır. Lakin tibbi sığorta hesabına müalicə, maliyyə səbəbindən həkimə getməyən şəxslər üçün çox əlverişli hesab edilə bilər.

Sonda dünyamıza bolluca sevgi, sevinc və gülüş arzu edirəm. Kədər, ağrı hər nə qədər qaçılmaz olsa da sonucda xoş auranın neqativlər üzərində qələbəsinə inanıram…

HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ

Fikirlər

 Oxşar xəbərlər: