Xəbər lentİ


Müğənnilərin fəaliyyəti bütünlüklə vergiyə cəlb olunacaq

20:54, 03.12.15
497
medeniyyet
Müğənnilərin fəaliyyəti bütünlüklə vergiyə cəlb olunacaq Azərbaycanda müğənnilərin fəaliyyəti bütünlüklə vergiyə cəlb olunacaq.
Vergilər Nazirliyinin orqanı "Vergilər" qəzetinə istinadən məlumat verir ki, müğənnilər mahnı və ya klip hazırlayarkən artıq bu proseslə məşğul olan insanlarla münasibətini vergi-müqavilə çərçivəsində tənzimləməlidirlər: "Fiziki şəxs (fərdi sahibkar) və ya hüquqi şəxs qismində fəaliyyət göstərən studiyalarla müğənni arasında xidmət müqaviləsi bağlanması zəruridir. Müğənni studiyaya ödədiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini studiyadan tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun".

Fikirlər

 Oxşar xəbərlər: