Xəbər lentİ


Milli Azərbaycan Tarixi Muzeyində “Danışan parçalar” adlı Ustad dərsin təqdimatı keçirilib

16:50, 12.05.22
14
medeniyyet
Milli Azərbaycan Tarixi Muzeyində “Danışan parçalar” adlı Ustad dərsin təqdimatı keçirilibMilli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsi tərəfindən 2021-ci ilin may ayından başlayaraq Ustad dərs intellektual, maarifləndirici tədbirlərə start verilib. Müxtəlif mövzuları əhatə edən bu tədbirlərin növbəti ustad dərsi Azərbaycanın milli tikiş növü olan Qurama sənəti və quramanın tikiş texnologiyasına həsr olunmuşdur. Mayın 11-i “Danışan parçalar” adı altında Qurama ustad dərsinin təqdimatı keçirilib.
Tədbirdə 30 ilə yaxın Qurama sənətini yaşadan Fəridə Mustafayeva, Muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova, Muzeyin bərpaçı mütəxəssisləri, muzey əməkdaşları və Suraxanı r-nu 317 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Təqdimat tədbirini İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Aynur Babayeva açaraq Qurama ustad dərsi layihəsi haqqında iştirakçılara məlumat verib. Sonra söz Muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirovaya verilib. S.Nəsirova foto-slayd nümayişi ilə Azərbaycanda Qurama sənəti haqqında məruzə ilə çıxış edib. Məruzədən sonra məktəblilərlə mövzuya uyğun viktorina keçirilib. Sual-cavabda fəal iştirak edən qızlara muzeyin kataloqları hədiyyə edilib. Tədbirin növbəti hissəsində Qurama sənəti ilə məşğul olan Fəridə Mustafayeva, muzeyin bərpaçıları İlhamə Rəhimova və Qənirə Məmmədovanın köməyi ilə iştirakçılara Quramanın tikiliş texnikası öyrədilib. Məktəblilər F.Mustafayeva tərəfindən işlənmiş quramanın müxtəlif növləri ilə tanış olublar və onlar bunu özləri parça üzərində tətbiq ediblər. İştirakçıların hər biri əl işlərini özləri ilə götürüblər.
Sonra tədbir iştirakçılarına A.Babayeva tərəfindən H.Z.Tağıyevin ev muzeyinə və “Nizami Gəncəvi və Azərbaycan Atabəylər dövləti” sərgisinə ekskursiya aparılıb.
Muzeydə təşkil olunan Ustad dərslər gənclərin və azyaşlı uşaqların Azərbaycanın maddi-mədəni irsinin öyrənilməsində, tarix elminə yiyələnməsində və intellektlərinin inkişafında mühüm əhəmiyyətə malikdir.Milli Azərbaycan Tarixi Muzeyində “Danışan parçalar” adlı Ustad dərsin təqdimatı keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Danışan parçalar” adlı Ustad dərsin təqdimatı keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Danışan parçalar” adlı Ustad dərsin təqdimatı keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Danışan parçalar” adlı Ustad dərsin təqdimatı keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Danışan parçalar” adlı Ustad dərsin təqdimatı keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Danışan parçalar” adlı Ustad dərsin təqdimatı keçirilib

Fikirlər

 Oxşar xəbərlər: