Xəbər lentİ


YARAT "Muzey Gecəsi" tədbirini tamaşaçılara uğurla təqdim etdi

11:22, 31.05.23
31
medeniyyet
YARAT "Muzey Gecəsi" tədbirini tamaşaçılara uğurla təqdim etdiMaraqla gözlənilən "Muzey Gecəsi" tədbiri tamaşaçılara uğurla təqdim olundu. YARAT Müasir İncəsənət Məkanı mayın 19-da saat 18:00-dan 03:00-dək iştirakçılar üçün immersiv və düşündürücü səyahət təşkil etməkdən zövq aldı.
YARAT-dan verilən məlumata görə, Karl Qustav Yunqun məşhur arxetiplər nəzəriyyəsindən ilhamlanan valehedici layihə “kölgə” anlayışı ətrafında cəmlənmişdi. “Kölgənin arxasında” şüarı ilə keçirilən tədbir hər bir iştirakçıya özünü anlamaq və ifadə etmək imkanı yaradıb.
"İştirakçılar YARAT Mərkəzində tamaşalar və seminarlar da daxil olmaqla bir sıra maraqlı və zövq verən tədbirlərdən həzz aldılar. Alina Yusupovanın "B Məhdudiyyətsiz qara", “RAW” kodinq duetinin multimedia performansı, Arzu Süleymanova ilə “Sükut dairəsi” mandala art-terapiyası və Ramal Kazım ilə “Ruhun aynası” ustad dərsi gecənin ən maraqlı məqamlarından oldular.
Tamaşaçılar üçün surprizlərimizdın biri Nərgiz Abdullayevanın “Kölgə ilə birləş” video-art əsəri oldu.
Azərbaycan Dövlət Pantomima Teatrı tamaşaçıları “Manqurt” adlı heyrətamiz tamaşa ilə əyləndirdi. XX-XXI Əsrlər Azərbaycan Rəngkarlıq Muzeyində “Muzeydə gecə” adlı interaktiv ekskursiya, ikinci mərtəbədə isə füsunkar Şəkərbura şousu və “Klub 22” intellektual oyunu nümayiş etdirilib.
Axşam davam etdikcə iştirakçılar Bakı Bulvarında (YARAT Mərkəzinin yaxınlığında) "Call It" (Azərbaycan) və "MokuMoku" (Gürcüstan) qruplarının canlı konsertinə tamaşa etdilər.
Tədbirdə ümumilikdə 2500 qonaq iştirak edib. Gələcəkdə belə yüksək cəlbedici tədbirləri davam etdirməyə çalışırıq!", - deyə bildirilib.
Qeyd edək ki, "Muzey Gecəsi" layihəsi Bakı Bulvarı İdarəsi, “İTicket” platforması, “Meatadore” şirkəti tərəfindən dəstəklənib, yerli və beynəlxalq mediada geniş işıqlandırılıb.

Fikirlər

 Oxşar xəbərlər: