Xəbər lentİ


VI “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI

11:35, 31.05.23
34
medeniyyet
VI “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI“HEYDƏR ƏLİYEV İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə keçirilən VI “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI Xətai Rayon İcra Hakimiyyətinin qarşısında 27 may 2023-cü il saat 10:00-da açılacaq və saat 18:00-da bitəcək.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə VI “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində mövzusu “Güllər” olan uşaq yaradıcılıq müsabiqəsi elan olunmuşdur.
Müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərmişlər və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilmişdir və bu əsərlər növbəli olaraq Xətai Sənət Mərkəzinin sərgi zalında sərgilənmişdir.
FESTİVAL İŞTİRAKÇILARI:
Abbaslı Selcan - Kəlbəcər Uşaq İncəsənət Məktəbi
Abdullayeva Aylin - Art School
Abdullayeva Fatimə - 1 saylı Uşaq-Gənclər Inkişaf Mərkəzi
Aqalarova Selcan - 220 sayli məktəb
Bayramzadə Zeynəb - 59 saylı məktəb
Elekberova Zuleyxa - Art school by Vusala
Əhmədova Fidan - Xətai Sənət Mərkəzi
Əliyev Furqan - EDUGrata təhsil mərkəzi
Əliyeva Gülay - 227 saylı tam orta məktəb
Əzizli Məhəmmədəli - İmişli Rayon Uşaq İncəsənət Məktəbi
Fatma Əli - Milli incəsənət Gimnaziyası
Hüseynquliyeva Rübab - Nardaran Mədəniyyət Mərkəzi
Xlarov Sədaif - 119 saylı tam orta məktəb
Xudaverdiyeva Fəridə - EDUGrata təhsil mərkəzi
İbrahimova Sevda - Art School
İbrahimzadə Sona - 187 sayli məktəb
İmranlı Sevinc - R.Əliyev adlna 254 sayll tməktəb
Kərimzadə Məlahət - 248 saylı tam orta mekteb
Memmedova Gülcahan - Neftçala uşaq incəsənət məktəbi
Musayev Nuran - Kürdəmir şəhəri 5 saylı məktəb
Mustafayeva Həcər - 128 saylı tam orta məktəb
Nilufer Kamal - Elitar gimnaziya
Rəcəbli Nərmin - 202 saylı tam orta məktəb
Rəfiyeva Həcər - Masallı ş. 11 illik İncəsənət məktəbi
Salmanlı Məhərrəm - 180 saylı tam orta məktəb
Süleymanlı Hüseyn - 4 nömrəli uşaq incəsənət məktəbi
Şirbidova Məryəm - Azərbaycan Dövlər Pedaqoji Kolleci
Vəzirova Gülrux - T.İsmayılov adına 6 saylı məktəb-lisey
Zeynalabduyeva Narın - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Zeynalova Ayan - Ağcabədi şəhər 9 saylı məktəb
Sərgilənən əsərlərin arasından seçilmiş hər yaş kateqoriyasından 10 uşaq olmaqla, ümumilikdə 30 uşaq IV “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALIna dəvət olunmuşdur.
Festivalın gündəliyi
• Festivalın təm-təraqlı acılışı: saat 10:00-10:30
• Şəkil çəkmək: saat 10:30-13:30
• Günorta yeməyi: saat 13:30-14:30
• Rəssam Cəlal Ağayevin master klası: saat 14:30-16:30
• Qaliblərə hər yaş qrupu üzrə ayrıca hədiyyə və diplomların təqdim olunması
• Festivalın təntənəli bağlanışı
Tədbirin dəstəkçisi Niderlandın boya markası olan“Royal&Talens”in Artcreation brendidir.

Fikirlər

 Oxşar xəbərlər: