
“Bu ilin 6 ayında Ədliyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərdiyi 1089 məhkumun məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub”.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov bildirib ki, ekspertiza nəticəsində 657 nəfər məhkuma məcburi müalicə təyin olunub: “Altı ayda Mərkəzdə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinələrdən 11952 nəfər keçib. Onlardan 715 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 402 nəfərin narkotikdən istifadə etdiyi üzə çıxıb”.
P. Məmmədov qeyd edib ki, ilin ilk altı ayında Mərkəzdə 1650 nəfər müalicə alıb. Onlardan 613 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1 028 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11), 9 nəfər isə digər diaqnozları ilə müalicəyə qəbul edilib: “Mərkəzdə metadonla əvəzedici müalicə proqramı da həyata keçirilir. Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 202 xəstə müalicə alır. Onlardan 156 nəfəri Mərkəzdə, 46 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzindədir”.