Xəbər lentİ


Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir

19:55, 14.10.21
8
sehiyye
Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir Cabbarova Kübra Teymur qızı
Səbail rayonu, A.Kazımova adına 1 saylı şəhər poliklinikasının baş həkimi, əməkdar həkim və "Tərəqqi" medalı ilə təltif olunan

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan dünyanın ən qabaqcıl ölkələrinin gördüyü bütün tədbirləri vaxtında və lazımınca yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məsələni dərhal öz nəzarətinə götürdü və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargah yaradıldı, lazımi tibbi, texniki, sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi üçün müvafiq sərəncam imzaladı. Bu tapşırıq nəticəsində ölkədə qısa müddət ərzində COVID – 19 infeksiyası ilə mübarizədə çox ciddi və mükəmməl səhiyyə infrastrukturu yaradıldı. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır.
Pandemiyaya qarşı mübarizə tədbirlərindən biri və ən əsası peyvəndlənmədir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır.
Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir.
Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir.

Fikirlər

 Oxşar xəbərlər: