Xəbər lentİ


"Xroniki xəstələrin heç birinə koronavirus əleyhinə vaksin olunmamalıdır" - MÜSAHİBƏ

11:57, 25.04.22
14
sehiyye
"Xroniki xəstələrin heç birinə koronavirus əleyhinə vaksin olunmamalıdır" - MÜSAHİBƏƏn yaxşı həkim ən çox dərmanın faydasız olduğunu deyən həkimdir...

(Benjamin Franklin)

Adalat.az saytının budəfəki müsahibi həkim - endokrinoloq Aygün Məmmədovadır. Beləliklə biz bu dəfə tibbi mövzuda söhbətləşdik.

- Öncə həkimlik fəaliyyətiniz barədə oxucularımıza məlumat verməyinizi istərdik!

- Mən 36 ildir ki, Tibb Universitetini bitirmişəm. Həkim – terapevt – uroloq – androloq kimi çalışıram. Hal – hazırdı Bakı şəhərində Ultramed klinikasında fəaliyyət göstərirəm. Eyni zamanda müqavilə əsasında Türkiyədə Özəl Fatih xəstəxanasında çalışıram.

- İstərdim ki, ilk olaraq xalq arasında Şəkər xəstəliyi kimi tanınan Şəkərli diabet haqqında danışaq. Bu xəstəlik əsasən insanın hansı orqanlarına mənfi təsir göstərir?

- Şəkərli dieabet mədəaltı vəzi xəstəliyidir. Mədəaltı vəzin zədələnməsi, parazitlərlə və mikroblarla bağlıdır. Bunun nəticəsində bütün damarların kirəcləşməsi çoxalır. Orqanizmdə xolesterinin miqdarı artır. Qanda laxtalanmalar olur. Beləliklə bədənin aşağı ətraflarına, prostata mənfi təsir edir. Qan dövranının sirkuliyasiyasını pozur. Bildiyiniz kimi bu şəxslərdə şəkər yüksək olur.

- Bir çox həkimlərin fikrincə koronavirus şəkərli diabet xəstələri üçün daha təhlükəlidir. Bəs Şəkərli diabet xəstələrini ümumən ağırlaşma hallarından necə qorumaq olar?

- Bəli doğrudur. Koronavirus tək şəkərli diabetli xəstələri yox bütün xəstəlikləri, gizli gedən xəstəlikləri üzə çıxarır. Məsələn böyrəklə bağlı müalicə alan xəstlərə, prostatla bağlı problemi olanlara və şəkər xəstələrinə çox tez təsir edir. Biz koronavirusun şəkər xəstələrinə daha ağır təsir etməməsi üçün mütləq qanı durulaşdırmaq üçün dərmanlar təyin edirik. Omeqa və bu kimi tərkibli bitkisəl dərmanları məsləhət görürük. Həm də bunlar qida tərkibli dərmanlar olduğu üçün xəstələrimizə bu dərmanları daimi qəbul etməyi uyğun bilirik. Çünki bu dərmanların yan təsirləri demək olar ki, yoxdur. Şəkərli xəstələrin ömrüləri nə qədərdisə ömür boyu gün ərzində novamin və omeqa qəbul etməklə xəstəliklərin ağırlaşmasının qarşısını ala bilərlər.

- Ümumiyyətlə Şəkər xəstələri COVID-19 vaksini vurdura bilərmi?

- Xroniki xəstələrin heç birinə koronavirus əleyhinə vaksin olunmamalıdır. Hətta orqanizmdə gedən gizli xəstəliklər – məsələn mədə qastritləri olanlar, prostatitlər, böyrək xəstəlikləri olanlar , qan laxtalanması olan xəstələr ( hansılar ki, hər gün kardiomaqni qəbul edənlər ) diabetli xəstələr qətiyyən vaksinlənə bilməz. Məlumdur ki, bu vaksin zamanı diri virus orqanizmə daxil olur və immunitet yaranır. Beləliklə vaksinləşmə orqanizmlərdə zədələnən orqanları iki dəfə artıq zədələyir. Belə xəstələrdən vaksin olunanların hamısı şikayət edir ki, vaksindən sonra təzyiqim düşmür. Beləliklə bu xəstələr risk qrupu sayılır. Həm şəkər xəstələri həm böyrək problemi olanlar həm də prostat xəstəliyindən əziyyət çəkənlər vaksindən sonra narahatlıqlarını bildirirlər.

- Mümkünsə əhali arasında zob kimi tanınan xəstəliyin yaranmasının əsas səbəblərindən danışaq...

- Çox gözəl sualdı. Zob kimi tanınan xəstəliyin yaranma səbəbləri, xüsusilə orqanizmlərdə olan virusların, mikrobların qalxanabənzər vəzin üzərində olması nəticəsində meydana gəlir. Adətən xroniki xəstələrdə, immun sistemləri zəif olanlarda bu daha çox müşahidə olunur. Nəticədə qalxanabənzər vəzin funksiyası zəifləyir. Hipotiryoz və hipertiryoz . Birincisi yəni – qalxanabənzər vəzin funksiyası zəifləyir. Orqanizmdə yod çatışmazlığı başlayır. İkincisi – hipertiryoz isə - orqanizmdə normadan artıq yodun ifraz olunmasıdır. Bəzən düyünlü zob da adlanır. Nəticədə xəstələr tez arıqlayır, əsəbi, yuxusuz olurlar. Daha sonra başağrıları və iştahsızlıqlar da müşahidə olunur. Buna xalq arasında “Zəhərli zob” da deyilir. Lakin bu xəstəliklərin müalicəsi mümkündür və biz bunu edirik. Bu xəstəliklərdə - hipertiryoz və hipotiryoz zamanı birində kəskin arıqlama digərində isə kökəlmə baş verir. Hipotiryozda kökəlmə müşahidə olunur və xəstələr şikayətlənirlər ki, biz bəzən

- Sizin fikirinizcə Şəkər xəstəliyinin hər il daha çox artmasına səbəbləri nədir? Nədən yaranır?

- Bu xəstəliyin yaranma səbəbi qalxanabənzər vəzlər bərabər mədəaltı vəzin zədələnməsidir. Bu da əsasən parazitlər və mikroblarlardan yaranır. Əsasən bu xəstəliyin güclənməsinə qeyri – normal qidalanma səbəb olur. Adətən digər xroniki xəstəliyi olanlar şəkərli diabetə daha tez yoluxa bilirlər. Bundan əlavə bədənin suya olan tələbatı normal ödənilməlidir. Bu xəstələr üçün su içmək çox önəmlidi. Bəzi adamlar su içməyə az meyilli olur. Hər on kilo üçün dörd yüz qram su mütləqdir.

- Adətən Şəkər xəstəliyi dedikdə ağılımıza yaşlı insanlar gəlsə də, bu xəstəlikdən əziyyət çəkən gənclər və hətta uşaqlar da var. Həmin uşaqların valideynlərinə məsləhətləriniz nələrdir?

- Tamamilə doğrudur ki, bizdə təsəvvür yaranıb ki, şəkər xəstəliyi yalnız yaşlılarda olur. Lakin son illərdə gənclərdə və hətta uşaqlarda da bu xəstəliklərə rast gəlinir. Təxminən 30 il öncə bir çox valideynlər, övladlarına, kolbasa və ya hisə verilmiş qida məhsulları qəti qadağan edirdilər. Daha sağlıqlı məhsullarla qidalanan əvvəlki nəsillər təbii ki, daha sağlam olurdu. Günümüzdə fasfudtipli qidalar, dönər və bu kimi ayaqüstü yeyəcəklər sağlıq üçün təhlükəlidir. Ən azından ətin, 100 dərəcə müsbət tempraturda 2 saat bişməli olduğunu unutmamalıyıq. Lakin fasfudların heç birində buna əməl olunmur. Nəticədə də uşaqların mədəaltı vəzlərinə qurd yol tapır. Beləliklə də bu kimi amillər şəkər xəstəliyinə şərait yaradır.

- Müsahibəmizin sonuna yaxınlaşırıq və sizə sonuncu sualımı vermək istərdim. Son dövrlər insanların cinsi sağlıqları ilə də bağlı problemlərinin çoxaldığını eşidirik. Sizə müraciətlər içərisində cinsi zəiflik və bu kimi problemlərlə üz tutanlar çoxdurmu? Ümumiyyətlə bu barədə də fikirlərinizi lütfən bizimlə bölüşün.

- Əlbəttə cinsi zəifliklə bağlı müraciətlər də az deyil. Hətta elə olur ki, gün ərzində 80 – 90 nəfərdən zəng gəlir mənə. Adətən 30 - 32 yaşlarında olan oğlanlar cinsi fəallığının zəifləməsindən və ya sperma faizinin aşağı olmasından şikayətlənirlər. Bu gün gənc oğlanlarda cinsi zəifliklər prostat problemlərindən xəbər verir. Bunun bir çox səbəbləri var. Buna görə də evlənən gənclərin əksəriyyətində övladın olmaması problemləri ortaya çıxır. Lakin 30 il öncə tam əksinə idi. Ona görə də hər bir kəs il ərzində ümumi həkim müayinəsindən keçməlidir. Bəzən elə xəstələr olur ki, cinsi həvəsin olmaması ilə müraciət edir. Lakin müayinə vaxtı məlum olur ki, həmin şəxsin daha ciddi cinsi problemləri də var imiş. “Obiron” müayinə aparatı vasitəsi ilə bütün gənc oğlanlara il ərzində bir dəfə də olsa müayinə olunmalarını tövsiyyə edirəm. Çünki vaxtında müayinələr daha sonrakı mərhələlərdə baş verə biləcək fəsadların qarşısını almağa kömək edir.

- Maraqlı müsahibə üçün sizə təşəkkür edirəm. Uğurlarınız bol olsun.

- Mən də sizə və Ədalət qəzetinə və sizin saytınıza uğurlar arzu edirəm.



Söhbətləşdi: Bünyamin Bünyadzadə

Fikirlər

 Oxşar xəbərlər: