
Canlı orqanizmlər üçün ən vacib orqanlardan biri də sözsüz ki, ağ ciyərdir. Beləliklə bu xüsusi əhəməiyyətli orqan barədə danışacağıq. Məlumatlara əsasən bir sıra tibb alimləri, insana məxsus qaraciyərin zaman keçdikcə dəyişikliyə uğradığını müəyyən etməyə çalışıblar. Sonda qaraciyərin insan ömrü ərzində 3 yaşı keçmədiyini müəyyən ediblər.
Nəticə belədir ki insanın yaşı neçə olur olsun, onun qaraciyərinin yaşı 3 yaşında olur. Yəni qaraciyər hüceyrələrinin özünü daim yeniləməsi səbəbindən qaraciyər heç vaxt qocalmır.
Bundan başqa Almaniyanın Drezden Texnoloji universiterinin molekulyar bioloqları 50 insanın qaraciyərinin toxuma nümunələrini təhlil edib. Riyazi modelləşdirmə sayəsində qaraciyərin neçə ildən bir yenilənməsi qənaətinə gəlinib. Son nəticədə məlum olub ki, hüceyrələr elə sürətlə yenilənir ki, qaraciyərin orta yaşı 3 ildən o yana ötmür. “ İnsan 15 və ya 95 yaşında da olsa onun qaraciyərinin yaşı 3 olaraq qalır”.
Bundan başqa tibbi araşdırmalara əsasən əldə olunan informasiyalar da olduqca maraqlıdır. Elmə məlumdur ki, qaraciyər unikal orqandır. Qaraciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyanı icra edir. Böyüklərdə qaraciyərin çəkisi orta hesabla 1,5 kq olur. Qaraciyər orqanizmin əsas filtri sayılır. Dünyada qaraciyərə aid 50 - dən çox xəstəlik var. Bu xəstəliklərin əsas xüsusiyyəti uzun müddət ərzində simptomsuz inkişafıdı. Böyüklərin qara ciyəri gün ərzində 1 l öd istehsal etməkdədir. Hər il dünyada təxminən 11000 qara ciyər köçürülməsi əməliyyatı aparılır. Bu əməliyyatların əksər hissəsi ABŞ-da aparılır.
Çox unikal orqan olan qaraciyər özünü bərpa edə bilir.. Hətta qaraciyərin 75% xaric olundudqa bir neçə aydan sonra bu orqan özünü tam bərpa edir və normal ölçülərə qayıdır. Həmçinin qaraciyər müxtəlif vacib maddələrin anbarıdır. Qaraciyərdə qlükoza, vitaminlər, minerallar (xüsusilə dəmir) saxlanılır. Bu maddələr burada yığılır və ehtiyac yarandıqda orqanizm tərəfindən istifadə olunur.
Bu orqanda əlavə qan ehtiyatı saxlanılır (orqanizmdə olan qanın təxminən 10%-i). Güclü qanaxma zamanı qaraciyərin damarları sıxılır və bu qan ümumi qan dövranına daxil olunur.
Bədənə qəbul edilən dərmanlar qaraciyərdə zərərsizləşdirdiyi üçün dərmanları çox ehtiyatla qəbul etmək vacibdi.
Sağlıq sizinlə olsun, sağlıqla qalın...
Hazırladı: Bünyamin Bünyadzadə