Xəbər lentİ


Bu gün Tibb İşçilərinin Peşə Bayramı Günüdür

15:30, 17.06.22
9
sehiyye
Bu gün Tibb İşçilərinin Peşə Bayramı Günüdürİstər pandemiya dövründə, istərsə də Vətən müharibəsində yüzlərlə müraciətimizə həssas yanaşan tibb işçiləri oldular ki, onlar gecə-gündüz demədən qazilərimizlə və şəhid ailələri ilə bağlı bütün xahişlərimizi böyük məsuliyyətlə yerinə yetirdilər.
Həqiqətən də həssas bir dönəmdə onların fədakarlığını unutmaq olmaz. Səhiyyə nazirliyindən Gülər xanıma, TƏBİB koordinasiya şöbəsindən Günay Muradovaya, İcbari Tibbi Sığortadan Sevinc Nəsirovaya təşəkkür edirik. Məhz onların və onlar kimi yorulmadan xalqın xidmətində duran və həkimlik adını şərəflə daşıyan tibb işçilərimizin sayəsində bu gün səhiyyəmiz ayaqdadır.
Təhsili və səhiyyəsi yüksək səviyyədə olan bir ölkənin inkişafına heç bir qüvvə əngəl yarada bilməz. Bu gün Azərbaycan səhiyyə sistemində bəzi nöqsanlar var, amma yaxşı işləri də görməzdən gəlmək olmaz. Həkimlərimiz həqiqətən də əsgər kimi xalqın xidmətində dururlar. Biz bu gün ürəklə deyə bilərik ki, məhs işini şərəflə yerinə yetirən tibb işçilərimizə sağlamlığımızı etibar edə bilərik.
Özümə borc bilib xüsusi təşəkkürümü və təbrikimi Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik, alim Əhliman Əmiraslanova bildirirəm. Məhz onun müdaxiləsi nəticəsində, qızıl əllərinin sayəsində qardaşım oğlu bu gün ayaq üstə yeriyə bilir.
Bayramınız mübarək olsun, əziz tibb işçiləri!

Ehtiram Mehtiyev - siyasi şərhçi

Fikirlər

 Oxşar xəbərlər: