Xəbər lentİ


İranda 37 nəfər vəbaya yoluxub – Səhiyyə Nazirliyi

18:25, 13.07.22
11
sehiyye / dunya
İranda 37 nəfər vəbaya yoluxub – Səhiyyə Nazirliyiİranda indiyədək 37 nəfər vəbaya yoluxub və ölüm halı qeydə alınmayıb.
Bunu İranın Səhiyyə Nazirlyinin yoluxucu xəstəliklərin məsələləri üzrə idarəsinin rəhbəri Məryəm Məsudifər deyib.
M.Məsudifərin sözlərinə görə, hazırda qonşu ölkələrdə vəbaya yoluxma halları artıb. Ölkəyə gediş-gəlişlər artdığına görə, vəba infeksiyasına yoluxma halları da ötən illə müqayisədə artıb.
Nazirlik rəsmisi deyib ki, ölkənin bütün tibb universitetlərinə vəba infeksiyasına yoluxanların müalicəsi üçün göstərişlər verilib.
Məsudifər əlavə edib ki, vəba infeksiyası dünyada hələ də sağlamlıq üçün təhlükə sayılır. Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə əsasən, 2020-ci ildə dünyada 24 ölkədə 323 mindən çox şəxs vəbaya yoluxub və 857 nəfər ölüb.

Fikirlər

 Oxşar xəbərlər: