Xəbər lentİ


Həbsdə olan sabiq icra başçısının vəziyyəti pisləşdi, o hospitala yerləşdirildi

18:36, 01.11.22
48
sehiyye
Həbsdə olan sabiq icra başçısının vəziyyəti pisləşdi, o hospitala yerləşdirildiYevlax Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Qoca Səmədov Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Sabiq icra başçısının səhhəti pisləşib və o, Penitensiar Xidmətin müalicə müəssisəsindən adıçəkilən hospitala köçürülüb.
Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.

Fikirlər

 Oxşar xəbərlər: