Xəbər lentİ


TƏBİB-in xəstəxana işçilərinin sayını açıqlayıb

08:43, 22.12.22
27
sehiyye
TƏBİB-in xəstəxana işçilərinin sayını açıqlayıbTƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 125 nəfərdir.
Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB - “Tibdə müasir keyfiyyət mərhələsi – Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında deyib. O bildirib ki, onların 16 min 381 nəfəri həkim, 38 min 949 orta tibb işçisi, 22 min 608 kiçik tibb işçisidir. 2022-ci ildə 12 min 440 işçi işə qəbul olunub.
"Tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması, təcrübə mübadiləsinin təşkil edilməsi, təlim proqramlarının hazırlanması, müvafiq sahə üzrə təlimçilərin hazırlanması məqsədilə tibb müəssisələrindən ümumilikdə 2000 dən çox personal təlimlərə cəlb edilmişdir. Türkiyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıqda “Təcili Tibbi Yardım” təlimləri təşkil edilib.
Bildiyiniz kimi, TƏBİB-in qarşısına qoyulmuş vəzifələrdən biri vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır. Bu baxımdan tibb müəssisələrində yeni - keyfiyyətin idarə edilməsi üzrə ştat strukturunun yaradılması, müəssisələrdə göstərilən tibbi xidmətlərin keyfiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün yeni bir addımdır. Hazırda tətbiq olunan keyfiyyət standartlarının qiymətləndirmə meyarları işlənib hazırlanıb ki, bu da gələcəkdə tibb müəssisələrinin keyfiyyət dinamikasını əyani olaraq izləməyə imkan verəcəkdir",-V. Qurbanov deyib.

Fikirlər

 Oxşar xəbərlər: