Xəbər lentİ


Bərdədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb

08:48, 06.04.23
70
sehiyye
Bərdədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıbAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Kanon” aptekdə aparılan monitorinq zamanı qida məhsullarının üzərində onlara xas olmayan təsir və ya xassələrinin qeyd edildiyi məlum olub. Belə ki, aptekdə “Herbaflora” əmtəə nişanlı hər birindən 1 ədəd olmaqla küncüt yağı (100 ml), alaqanqal yağı (100 ml), zəyərək yağı (100ml), balqabaq yağı (100ml), hər birindən 2 ədəd olmaqla zeytun yağı (100 ml), çaytikanı yağı (100 ml), 1 ədəd “Grano” əmtəə nişanlı kətan yağı (100 ml), 1 ədəd “Al Dawaa” əmtəə nişanlı qara zirə yağı (100 ml), 1 ədəd “UD Hindi” əmtəə nişanlı (100 ml) yağların etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlərin qeyd edildiyi aşkar olunub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, qeyd olunan məhsullar saxlanca qoyularaq dövriyyədən çıxarılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Fikirlər

 Oxşar xəbərlər: