Xəbər lentİ


Ulu Öndər - 101

13:36, 16.05.24
37
sehiyye
Ulu Öndər - 101Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə ölkənin sosial-iqtisadi infrastrukturuna xüsusi diqqət yetirmiş, bütün sahələrə ayrıca qağı göstərmişdir. O, Azərbaycan səhiyyə sisteminin də inkişafını dövlətçilik işinin bir qolu hesab etmiş, bu sahədə dinamik tənzimlənmə yaratmışdır.
Ümummilli lider Heydər Əliyev səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Ulu Öndər XX əsrin ikinci yarısından etibarən ölkə səhiyyəsini dünya səhiyyəsi ilə rəqabət apara biləcək gücə və potensiala sahib etmişdir. Onun bu sahədəki uzaqgörən siyasəti Azərbaycan tibb elminin inkişafını əsaslı şəkildə gücləndirmişdir.
Əlbəttə, səhiyyə sisteminin yüksəlişini təmin etmək, bu sahənin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirmək sadə iş deyildi. Ümummilli lider o dövrdə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etmiş, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə və səhiyyə sahələrindəki mövcud durğunluq aradan qalxmışdır. Bu da Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə tanıdılması idi.
Xarici ölkələrin alimləri Heydər Əliyevin müdrik səhiyyə siyasətini hər zaman böyük coşqunluqla qarşılamışlar. Məsələn, Akademik N.N.Bloxin deyib: “Heydər Əliyev səhiyyənin problemlərini, onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və ona görə də ona böyük hörmət və ehtiramla yanaşıram”.
Ulu Öndər haqqında deyilən bu xoş sözlər o dövrdə tibb personalını qürurlandırırdı. Bir sözlə, müstəqil Azərbaycanın qurucusu və yaradıcısı, təşkilatçısı və aparıcı qüvvəsi olan Heydər Əliyev ideyaları ölkəmizin bütün sahələrində, o cümlədən səhiyyədə əsaslı dönüş yaratmışdır. Artıq bu gün Azərbaycan səhiyyəsi dünyanın diqqət mərkəzindədir və bu iş hazırda ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
"Ulu Öndər deyirdi: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır”.
Bu kəlamlar Azərbaycanda ordu quruculuğunun dinamik inkişafında etibarlı zəmanət oldu. Heydər Əliyev ordu quruculuğunun elmi əsaslarla aparılmasını tövsiyə və tələb edirdi. Bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən yerli müdafiə taborları buraxıldı, qısa müddətdə orduda vahid komandanlıq yaradıldı. Bu, ordu quruculuğunun yeni mərhələsi oldu. Bundan başqa, orduda ciddi kadr siyasəti həyata keçirildi. Bu tədbir həm ordunun daha da möhkəmlənməsində, həm də gərəkli ictimai rəy yaranmasında yetərincə əhəmiyyətli oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu bütün istiqamətlər üzrə uğurla davam etdirdi. Azərbaycanda ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Orduda böyük islahatlar keçirildi, ordunun silahlanmasına ən müasir silahlar daxil edildi. Bunların nəticəsi kimi Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı.
Məhz bu mənada muasir Azərbaycanın butün uğurları Heydər Əliyevin adı ilə baglıdır.
Ulu Öndər - 101
Dilqəm Məhərrəmov,
“MediLux” Klinikasının həkimi, plastik, rekonstruktiv
cərrah, tibb üzrə fəlsəfə doktoru

Fikirlər

 Oxşar xəbərlər: