Xəbər lentİ


Əsas Qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən Azərbaycan tarixi nailiyyətlərə imza atmış, respublikamız sürətli inkişafa nail olaraq dünya dövlətləri arasında layiqli yer tutmuşdur

16:37, 10.11.21
61
siyaset
Əsas Qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən Azərbaycan tarixi nailiyyətlərə imza atmış, respublikamız sürətli inkişafa nail olaraq dünya dövlətləri arasında layiqli yer tutmuşdur Aslanov Səmədağa Seyidaslan oğlu,
Səbail Bələdiyyəsi sədrinin müavini

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Müstəqil Azərbaycanın Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmişdir.
Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik iradəsinin, suverenliyinin təcəssümünə çevrilən ali hüquqi sənəd olmaqla cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin idarəçilik sistemini tənzimləyir. İlk ali qanunu qəbul etməklə Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığının, azadlığının və təhlükəsizliyinin bərqərar edilməsini arzulamış, keçmiş, indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini bəyan etmişdir. İlk Konstitusiyamız, eyni zamanda xalqımızın dünyəvi, milli - mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi olmuşdur. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermişdir.
Konstitusiyanın qüvvədə olduğu 26 illik dövr ərzində onun müddəalarının həyata keçirilməsində böyük təcrübə toplanmış, bu sənəddə əks olunmuş konsepsiyalar inkişaf etdirilərək güclü sosial dövlətin, yüksəkrəqabətli iqtisadiyyatın qurulmasına, insan hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin tətbiqinə təkan verən çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir. Belə ki, müxtəlif illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində ölkəmizdə bütün fundamental azadlıqlar təmin edilmişdir. Azərbaycan son 17 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirmişdir. Ölkəmizdə mütərəqqi və dünyəvi dəyərlərə uyğun islаhаtlаr аpаrılmаqlа qаnunun аliliyinə və insаn hüquq və аzаdlıqlаrınа rеal təminаt vеrən vətəndаş cəmiyyəti fоrmаlаşmışdır. Əsas Qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən Azərbaycan tarixi nailiyyətlərə imza atmış, respublikamız sürətli inkişafa nail olaraq dünya dövlətləri arasında layiqli yer tutmuşdur

Fikirlər

 Oxşar xəbərlər: