Xəbər lentİ


Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambert Milli Məclisin sədri Sahibə Qafarovaya məktub göndərib

10:50, 11.11.21
8
siyaset
Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambert Milli Məclisin sədri Sahibə Qafarovaya məktub göndərib Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambert Milli Məclisin sədri Sahibə Qafarovaya və parlamentin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədova məktub ünvanlayıb.
Məktubunda Jerom Lambert Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış uğurlu müharibə nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən30 illik işğalına son qoyulmasınıAzərbaycan xalqı üçün uzun və üzücü bir dövrün başa çatması kimi xarakterizə edib.
Münaqişənin mülkü əhali arasında çoxsaylı itkilərə səbəb olmasından təəssüflə söz açan Jerom LambertGəncədə olarkən erməni raketlərinin atəşinə məruz qalmış məhəllələri öz gözü ilə gördüyünü qeyd edib.
Məktub müəllifi bütün bu illər ərzində mülki vətəndaşların kütləvi yerdəyişməsinə gətirib çıxaran müharibələri və faciələri indi bütün regionun tərəqqisinə aparan yeni eranın əvəz etdiyini bildirib.Fransalı deputat azad edilmiş ərazilərə səfəri zamanı bərpa dövrünün başlandığının şahidi olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərin yenidənqurulması və yurdlarından didərgin salınmış əhalinin qayıdışı üzərində iş getdiyini deyib.
O, məktubunda keçdiyi sınaqlardan daha da güclənərək çıxan Azərbaycanın və etnik mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların daha parlaq gələcəyinə inandığını ifadə edib.
Sonda Jerom LambertAzərbaycan parlamentinin sədrini və Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbərini Fransa-Azərbaycan dostluq qrupunun xalqlarımız arasında sülhün qorunması və münasibətlərin ahəngdar inkişafının təmin olunması üçün çalışacağına əmin edib.

Fikirlər

 Oxşar xəbərlər: