Xəbər lentİ


Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və diplomatik məharəti nəticəsində Laçın rayonunun qan tökülmədən, şəhid verilmədən geri qaytarılması böyük tarixi hadisədir

10:44, 25.11.21
156
siyaset
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və diplomatik məharəti nəticəsində Laçın rayonunun qan tökülmədən, şəhid verilmədən geri qaytarılması böyük tarixi hadisədir Nəzərova Arzu Aslan qızı
Səbail rayonu E.Əliyev adına
162 saylı tam orta məktəbin direktoru

Ötən ilin sentyabr ayının 27-də Ermənistan Azərbaycana qarşı başladığı genişmiqyaslı hücumlarına görə peşman edildi. 44 gün davam edən müharibədə işğalçı ölkənin ordusu darmadağın oldu. 30 il xarici havadarlarının və bəzi qərəzli beynəxalq təşkilatların sayəsində torparlarımızı işğal altında saxlayan Ermənistan Ordumuz qarşısında heç 44 gün tab gətirə bilmədi.
Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir. Təbii ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kursun məntiqi nəticəsidir.
Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır.Ümumi sahəsi 1835kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Xatırladaq ki, Laçın rayonu 18 may 1992-ci ildə işğal olunmuşdur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. İşğal nəticəsində rayonda217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Ali Baş Komandanın iradəsi və müzəffər Azərbaycan ordusunun şanlı qələbəsi nəticəsində bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinə start verilmişdir. Ölkə başçısının müvafiq Sərəncamlarına əsasən ilk olaraq işğaldan azad olunmuş torpaqlarımıza yollar çəkilməyə başlanılmışdır. İlk Su Elektrik Stansiyası isə Laçında açılmaqla dünya dövlətlərinəmesaj verildi ki, biz tutduğumuz yola sadiqik. Su Elektrik Stansiyası Laçın rayonunun cənubunun və ətraf ərazilərdə yerləşən digər infrastruktur layihələrinin elektriklə təmin edilməsində, yaxın dövrlər üçün böyük əhəmiyyətə malikdir.
Cari ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur.LaçınınGüləbird kəndində Azərbaycan bayrağını qaldıran Müzəffər Ali Baş komandan İlham Əliyev çıxışı zamanı qeyd etmişdir: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.”
Qarabağın işğaldan azad olunmasından sonra sürətlə aparılan infrastruktur quruculuğu layihələrindən vacib hesab olunanı hava limanlarıdır. Burada olan aeroportlar nəinki iqtisadi baxımından, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaqdır. Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində Qorçu kəndində təməlini qoyduqları Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Aeroportda 3 kilometrlik uçuş-enmə zolağının, 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Hazırda Laçın, Füzuli və Zəngilan hava limanlarının tikilməsi ilə paralel surətdə Qarabağın hava məkanında aeronaviqasiya xidmətinin bərpa prosesi gedir. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır.
Ermənistandakı bəzi revanişt meyillərə baxmayaraq, regionda proseslər artıq yeni mərhələyə qədəm qoyub. Ermənistan silahlı qüvvələrinin təxribatlarına baxmayaraq, Azərbaycan bərpa və quruculuq işlərini uğurla davam etdirir. Bu da ölkəmizin və o cümlədən ordumuzun gücünü göstərən faktorlardan biridir. Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidən qurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcəkdir. Artıq regionda yeni reallıq formalaşıb və nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalı olacaqlar.


Fikirlər

 Oxşar xəbərlər: