Xəbər lentİ


İranlı turistləri Bakıdan qaçaq saldılar - Sabir Rüstəmxanlı

10:12, 21.12.21
32
siyaset
İranlı turistləri Bakıdan qaçaq saldılar - Sabir Rüstəmxanlı "Yadınızdadırsa, İrandan Azərbaycana çoxlu turist gəlirdi. Bir müddətdən sonra onların üzü çevrildi İrəvana".
Bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.
"Bunu hamı bilir. Başladılar ora getməyə. Bəlkə də onlar qəsdən bizim burdan gedənlərə xüsusi şərait yaradıblar. Bura gələnlər qiymətlərlə bağlı xəyal qırıqlığına uğrayırlar və bir daha gəlmirlər.
İkinci məsələ isə mənə çox maraqlıdır ki, gələn turistləri hansı materiallarla məlumatlandırırlar. Yadınızdadırsa, "Qız Qalası" ilə bağlı çox eybəcər bir mətn vardı. Gələn turistlərə onu deyirdilər. Ona görə də həmin qanunlar peşəkar qurum tərəfindən tərtib olunmalıdır".

Fikirlər

 Oxşar xəbərlər: