Xəbər lentİ


"Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığı genişləndirməkdə maraqlıdır"

18:01, 13.07.22
108
siyaset
"Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığı genişləndirməkdə maraqlıdır"Müşfiq Məmmədli
Milli Məclisin deputatı

Bildiyimiz kimi “Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində 24 maddədən ibarət Konvensiyanın imzalanması tarixi hadisədir. Belə ki, region xalqları yüzilliklər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud deyildi. Bu konvesiyanın qəbul edilməsi ilə sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəlikləri təsbit edilir və qonşuları ilə həmişə sülh şəraitində yaşamaq siyasətini yürüdən cənab prezident İlham Əliyevin beynəlxalq səviyyədə daha bir uğurlu qələbəsidir. Zirvə toplanısındakı çıxışında dövlətimizin başçısı Konvesiyanın Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirəcəyini qeyd edir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bütün Avroasiya regionu üçün əsas nəqliyyat mərkəzinə çevrilməsi Xəzəryanı dövlətlər üçün də böyük əhəmiyyət kəsb edir. Cənab prezidentin səyi və yürütdüyü siyasət nəticəsində əminik ki, nəqliyyat infrasturkturunun inkişafına dair yeni layihələrin həyata keçməsi üçün böyük imkanlar yaranacaqdır. Dövlət başçımızın Azərbaycanın Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu və bu yöndə fəaliyyət göstərdiyini qeyd etməsi də eyni zamanda dövlətimizin ətraf mühitə, gələcəyimizə, gələck nəsillərin həm təhlükəsiz, həm də sağlıqlı bir şəraitdə yaşamalarına böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirir.

Fikirlər

 Oxşar xəbərlər: