Xəbər lentİ


Səudiyyə Ərəbistanında pandemiyadan bəri ən irimiqyaslı Həcc ziyarəti başlayıb

18:57, 13.07.22
36
siyaset / dunya
Səudiyyə Ərəbistanında pandemiyadan bəri ən irimiqyaslı Həcc ziyarəti başlayıbSəudiyyə Ərəbistanında koronavirus pandemiyasından bəri ən irimiqyaslı Həcc ziyarəti başlayıb.
Trend-in məlumatına görə, bu ilki ziyarətdə 1 milyona yaxın zəvvar iştirak edir ki, onun 850 min nəfəri xaricdən gəlib.

Ölkə rəhbərliyi Məkkə və Mədinə şəhərlərində təhlükəsizlik tədbirlərinin təmin olunması üçün 10 mindən çox şəxsi səfərbər edib. Bu il Həcc ziyarəti iyulun 7-12-dək davam edəcək.

Ziyarətə 65 yaşadək şəxslər koronavirus əleyhinə vaksin barədə sənəd və mənfi PSR test nəticəsi təqdim etməklə qatıla bilər.

Fikirlər

 Oxşar xəbərlər: