Xəbər lentİ


Azərbaycan hökuməti alternativ enerjinin inkişafı üçün böyük səy göstərir - Hafiz Paşayev

15:09, 21.07.22
13
siyaset
Azərbaycan hökuməti alternativ enerjinin inkişafı üçün böyük səy göstərir - Hafiz PaşayevBu gün Azərbaycan hökuməti son dərəcə əhəmiyyətə malik bərpa olunan enerji sektorunun inkişafı üçün böyük səylər göstərir.
Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev 16-cı Bakı Yay Enerji Məktəbinin açılışında deyib.
Rektor qeyd edib ki, bu məktəb 2007-ci ildə yaradılıb və hər il keçirilir.
"Bakı Yay Enerji Məktəbi xarici iştirakçılara Azərbaycanın enerji siyasəti ilə tanış olmaq imkanı verir", - Hafiz Paşayev bildirib.
Qeyd edək ki, 16-cı Bakı Yay Enerji Məktəbi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun dəstəyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp Azerbaijan, Kolin, Masdar və "TotalEnergies" şirkətlərinin tərəfdaşlığı ilə keçirilir.

Fikirlər

 Oxşar xəbərlər: