Xəbər lentİ


Azərbaycan dünyada ən qabaqcıl ölkələr sırasındadır

11:39, 26.12.22
51
siyaset
Azərbaycan dünyada ən qabaqcıl ölkələr sırasındadırAzərbaycanda müstəqillik haqqında tarixi qərarın qəbul olunmasından sonra milli təhsil sisteminin yaradılması üçün də müəyyən təşəbbüslər göstərildi. Hətta 1992-ci ilin sonlarında "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunla bağlı müvafiq əsasnamələrin, normativ aktların hazırlanmasına başlandı. Təhsilin məzmununun yeniləşdirilməsi, proqram və dərsliklərin yenidən yazılması sahəsində də təşəbbüslər edildi.
Müasir təhsil sisteminin qurulması Azərbaycan dövlətinin başlıca hədəflərindəndir. Bu gün hər bir azərbaycanlı ailəsi övladlarının təhsil alması, cəmiyyətə yararlı, savadlı bir şəxsiyyət kimi formalaşmasına çalışır. Sürətli inkişaf yolunda olan Azərbaycanda təhsilin maddi-texniki bazası möhkəmləndirilir, dünyanın qabaqcıl ölkələrinin bu sahədəki təcrübələri öyrənilir və tətbiq edilir. Xalqımız hər zaman təhsilə, elmə, maariflənməyə xüsusi maraq göstərib. Əlbəttə ki, sağlam təfəkkürlü gənc nəslin yetişməsində fədakar, savadlı, təcrübəli müəllimlərin, təhsil işçilərinin rolu çox böyükdür.
Xalqımızın həmişə elmə, təhsilə, maariflənməyə həvəsli olub. Həmişə savadlı, təhsilli insanların xüsusi çəkisi olub. Azərbaycan dövləti də təhsilin inkişafına hər zaman xüsusi diqqət ayırır. Azərbaycanda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışarkən əvvəlcə xalqımızın ümummilli lider Heydər Əliyevin ölkəmizdə bu sahənin tərəqqisi istiqamətindəki əvəzsiz xidmətlərini qeyd etmək lazımdır. Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb, bilikli cəmiyyət naminə bütün imkanların səfərbər edilməsinə çalışıb. Prezidentimiz cənab İlham Əliyev bu siyasətin davamı olaraq təhsilə daim diqqət ayırır, yeni təhsil ocaqları tikilir, köhnələri əsaslı təmir olunur. Belə ki, son illər ərzində paytaxtda və bölgələrdə köhnə məktəb binalarının müasirləşdirilməsi, yeni məktəblərin inşası sahəsində aparılan işlər çox yüksək dəyərləndirilməlidir. Azərbaycanda məktəb tikintisinə, məktəbəqədər təhsilin inkişafına Heydər Əliyev Fondunun verdiyi töhfələri də xüsusi qeyd etmək istərdim. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin başlanması bu işlərə böyük təkan verir.
Ulu öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların onun siyasi varisi, müasir təfəkkürlü siyasətçi və dövlət xadimi, ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada ən qabaqcıl ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmişdir. Ölkəmizin beynəlxalq aləmdə yeri və mövqeyi getdikcə daha da möhkəmlənir, nüfuzu artır. Ölkədə yoxsulluğun səviyyəsi minimuma endirilib. Bu illər ərzində digər sahələrdə olduğu kimi, təhsil sektorunda da çox böyük işlər görülüb. Bu dövrdə 2 mindən çox orta məktəb binası və əlavə tədris korpusu tikilib, bütün ali təhsil müəssisələrinin binaları əsaslı təmir olunub və yenidən qurulub. Ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılıb və pulsuz olaraq Azərbaycan şagirdlərinə çatdırılıb. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunmuş dərslik və əlavə vəsaitlərlə təmin edilib.
Azırbaycanda təhsil sahəsində yeniliklərin müsbət nəticələrinin şahidi olmaq üçün müəyyən dövr keçməlidir. İnanıram ki, yaxın gələcəkdə biz bu müsbət dəyişiklərin şahidi olacağıq.
Daim xalqının qayğısını çəkən, 44 gün ərzində işğal altında olan ərazilərini düşməndən azad edən Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevi doğum günü münasibətlə təbrik edirik!
Azərbaycan dünyada ən qabaqcıl ölkələr sırasındadır
Yeganə Baxşəliyeva,
Bakı şəhəri general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı.

Fikirlər

 Oxşar xəbərlər: