Xəbər lentİ


Azərbaycan İlham Əliyevin rəhbərliyi altında dövrün bütün sınaqlarından üzüağ çıxaraq tərəqqiyə qovuşacaq

11:48, 26.12.22
158
siyaset
Azərbaycan İlham Əliyevin rəhbərliyi altında dövrün bütün sınaqlarından üzüağ çıxaraq tərəqqiyə qovuşacaqAzərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair beşillik Dövlət Proqramlarını təsdiq etməklə regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratdı. Dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi özünü bütün sahələrdə göstərdi.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin edən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafının bütün istiqamətlərini də müəyyənləşdirmişdi. Xalqın məhəbbətlə “Heydər Əliyev dövlətçilik kursu” adlandırdığı bu istiqamətlərin əzm və şərəflə davamı missiyası isə cənab İlham Əliyevin üzərinə düşürdü. O, bu çətin və mürəkkəb missiyanı uğurla davam etdirmək və Ulu Öndərimizdən yarımçıq qalmış işləri möhtəşəm sonluğa çatdırmaqdan ötrü gərgin və səmərəli fəaliyyətə başladı.
Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ilk növbədə, onun güclü iqtisadiyyatını formalaşdırmaq zəruri idi. Buna qədər mürəkkəb və çətin şəraitdə aparılan neft danışıqlarında əzmlə iştirak edən cənab İlham Əliyev Azərbaycan xalqının milli maraqlarının təmininə xidmət göstərən müqavilələrin, ilk növbədə, “Əsrin müqaviləsi”nin və digər iyirmiyədək sazişin bağlanmasına öz dəyərli töhfəsini verdi.
Bütün maneə və əngəllərə baxmayaraq, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti də deyilən vaxtda gerçəyə çevrildi. “Neft ölkələrə xoşbəxtlik də gətirə bilir, bədbəxtlik də! Mən çalışacağam ki, Azərbaycan nefti Azərbaycan xalqına yüksək rifah və xoşbəxt həyat gətirsin”, - deyən cənab İlham Əliyev bütün fəaliyyəti boyu bu prinsipinə sadiq qaldı.
Beləliklə, neft-qaz gəlirləri iqtisadiyyatın digər sahələri üçün lokomotiv rolunu oynadı! Büdcəyə daxilolmalar artdıqca xalqın sosial rifahı yüksəldi, müstəqil dövlətimizin iqtisadi gücü və imkanları da artdı. Bir milyon nəfərdən artıq qaçqın və məcburi köçkünün sosial müdafiəsi gücləndirildi.
Prezident İlham Əliyev bir an da olsun belə işğaldakı torpaqların geri qaytarılması əzmindən geri durmurdu! Çoxcəhətli və çoxşaxəli fəaliyyət göstərir, inamla, addım-addım məqsədinə doğru yaxınlaşırdı: Ölkənin enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi təmin edildi. Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul edildi, onlar əlavələrlə birlikdə, uğurla həyata keçirildi.
Sahibkarlığın inkişafına əlverişli şərait yaradıldı, onlara sistemli şəkildə güzəştli kreditlər verildi, digər yardımlar göstərildi. Qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının inkişafına böyük diqqət yetirildi, dövlət tərəfindən mütəmadi subsidiyalar ayrıldı. Ölkənin neftdən asılılığının azaldılması üçün sistemli tədbirlər görüldü. Vətəndaş məmnunluğu yaradıldı, dövlət büdcəsinin həcmi ilbəil artdı. Hər il ordu quruculuğuna və onun ən müasir silahlarla təminatına kifayət qədər vəsait ayrıldı!
Otuz il Qarabağ torpaqlarını işğalda saxlayan mənfur düşmən 44 gündə yerlə-yeksan edildi! Quduran, Azərbaycan torpaqlarının əbədi olaraq özündə qalacağını düşünən düşməni rəzil günə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u saldı! Bu qüdrətli yumruq düşmənin başını ilan başı kimi əzdi, belini çubuq kimi qırdı, düşməni müqəddəs torpaqlarımızdan iti qovan kimi qovdu!
Qüdrətli yumruq qüdrətli, əzəmətli şəxsiyyətlərə məxsus olur. Məhz İlham Əliyev kimi siyasət və hərb nəhənglərinə. Şübhəsiz, “dəmir yumruq” öz gücünü ən əvvəl sahibinin zəkasından, Vətənə qədərsiz sevgisindən, uzaqgörənliyindən, yüksək diplomatik bacarığından, misilsiz hərbi məharətindən, möhkəm və dönməz iradəsindən alır!
Möhtərəm Prezidentimiz İlham Əliyevi ad günü münasibətilə təbrik edir və inanıram ki, Azərbaycan onun rəhbərliyi altında dövrün bütün sınaqlarından üzüağ çıxaraq tərəqqiyə qovuşacaqdır.
Azərbaycan İlham Əliyevin rəhbərliyi altında dövrün bütün sınaqlarından üzüağ çıxaraq tərəqqiyə qovuşacaq
Həsənova Eleonora Həsən qızı
AMK-nın tərkibində İG-nin müəllimi, biologiya elmləri namizədi, psixoloq, "Qlzıl qələm"media mükafatı laureatı

Fikirlər

 Oxşar xəbərlər: