Xəbər lentİ


“Hayastan” Fondunun bəyanatı: "BMT, Xankəndi aeroportunu açın..."

11:03, 10.01.23
16
siyaset
“Hayastan” Fondunun bəyanatı: "BMT,  Xankəndi aeroportunu açın..." “Hayastan” Ümumerməni Fondu beynəlxalq qurumları Xankəndi hava limanının açılması istiqamətində bir iş görməyə çağırır.
Adalet.az xəbər verir ki, hər zaman separatçlarn Qarabağda azərbaycanlı qanı axıtmas üçün kifayət qədər maliyyə dəstəyi verən bu fond bəyanat yayıb. Bəyanatda bildirilir ki, dekabrın 12-dən etibarən Laçın dəhlizinin bağlanması 9 noyabr 2020-ci il tarixdə imzalanmış bəyannamənin pozulmasıdır:”Bununla da Qarabağ ermənilərinin “həyat yolu” olan Laçın dəhlizinin 120 min nəfərə bağlanmasıdır”.
Xalqının xislətinə uyğun yalanlar tirajlayan fond bəyan edir ki, Qarabağda Azərbaycan ən azı məcburi sürgünə zəmin hazırlayır və bununla da açıq-aşkar etnik təmizləmə siyasəti aparır:"Biz BMT Baş katibini, digər beynəlxalq təşkilatları və müvafiq dövlətləri Stepanakert (Xankəndi -red-Ə.R,) hava limanının fəaliyyətə başlaması üçün təcili səylər göstərməyə və Dağlıq Qarabağ əhalisinə təcili humanitar yardımın hava yolu ilə çatdırılmasına zəmanət verməyə çağırırıq”.
Qeyd edək ki, “Hayastan” ümumerməni fondu unudur ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Qarabağ ermənilərinə sülh və yanaşı yaşama, Azərbaycan vətəndaşlğı, qanunlara tabe olmağı təklif edib. Hər dəfəsində ermənilər belə gözəl təklifə silahlı basqın və təmas xəttində duran Azərbaycan əsgərini qətl etməklə cavab verib.
P.S. İndi gəl, bu ermənilərə başa sal ki, sizin o Dağlıq Qarabağ dediyiniz Azərbaycanın Qarabağ iqtisadi rayonu nə BMT-yə, nə ATƏT-ə, nə də NATO-ya məxsusdur. Bu torpaqlar Azərbaycanındır. Dərdiniz, probleminiz olanda Azərbaycanın hazırki hakimiyyətinə, şəxsən Azərbaycan Prezidenti İlham Əliyevə yazın! Çünki ondan başqa heç kimin, heç bir beynəlxalq qurumun ixtiyarı yoxdur ki, Xankəndi yaxud Xocalı aeroportunun işləməsinə qərar versin.

Əntiqə Rəşid

Fikirlər

 Oxşar xəbərlər: