
Prezident İlham Əliyev M.Q.Məmmədovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Atributinfo.az xəbər verir ki, sərəncama əsasən, Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
***
Məcnun Qadir oğlu Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Daha sonra o, Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib.
Yeni təyinata qədər o, “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.
Məcnun Məmmədov həm də “PASHA Holding” MMC-nin tərkibinə daxil olan bir neçə şirkətə rəhbərlik edib.