Qardaş Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti İzmir şəhər valiliyində görüş keçirib.
11:59, 19.04.23
33
siyaset
Görüşdə YAP-ın Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İzmir valisi Yavuz Səlim Köşgər, Milli Məclisin deputatları Anar İsgəndərov, Məlahət İbrahimqızı, Azər Badamov və başqaları Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən, bu əlaqələrin dünyada nümunə olmasından danışıblar, fikir mübadiləsi aparıblar. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov da iştirak edib.