
İsrail Prezidenti İsxak Hersoq Azərbaycanın yəhudi icması ilə görüşüb.
Bu barədə İsrail Prezidenti tvitter hesabında paylaşım edib.
"Bu səhər Azərbaycanın möhtəşəm yəhudi icması ilə görüşdən çox məmnun oldum.Yəhudi və Azərbaycan xalqları arasındakı münasibətlər Azərbaycanda əsrlər boyu inkişaf edən yəhudi irsinə əsaslanır və ölkənin zəngin mədəni-siyasi həyatının bir hissəsidir", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, İsrail Prezidenti İsxak Hersoq Azərbaycanda səfərdədir.