Xəbər lentİ


Bəzi tərəflər sülhün əldə olunmasına qarşıdır - Ceyhun Bayramov

14:40, 06.06.23
63
siyaset
Bəzi tərəflər sülhün əldə olunmasına qarşıdır - Ceyhun BayramovErmənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün müxtəlif tərəflər var və bu müxtəlif tərəflərin fərqli maraqları və davranışları ola bilər.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
“Biz onu da görürük ki, hətta bütün tərəflərin yanaşmaları bu sülh prosesinin irəli aparılmasında və iki ölkə arasında ən tez və qısa bir zamanda razılığın əldə olunmasına xidmət etmir. Onlara dərhal adekvat cavablar verilir. Azərbaycan tərəfi öz gündəliyinə sadiqdir və təbii ki, bu və digər tərəflərin addımlarından asılı olmayaraq, Azərbaycanın dövlət maraqlarına cavab verən formada, beynəlxalq hüququn norma və prinsiplərinə cavab verən formada öz siyasətimizi davam etdirəcəyik”,- deyə nazir əlavə edib.

Fikirlər

 Oxşar xəbərlər: