Xəbər lentİ


Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldı

18:47, 06.06.24
10
siyaset
Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldıMayın 28-də bir qrup siyasətçi və fəal “Qurucular hərəkatı”nın yaradıldığını elan ediblər.
Bu barədə “Turan”a təşkilatın təşəbbüskarı, müxalif siyasətçi Əvəz Temirxan bildirib.
O qeyd edib ki, hərəkat əhalinin demokratik maarifləndirilməsi, vətəndaşların siyasi proseslərdə ictimai iştirakının artırılması, ölkədə azad seçkilər keçirilməsinə şərait yaradılması məqsədilə yaradılıb.
Hərəkatın yaradılmasının elan edilməsi Müstəqillik Gününə təsadüf edib, bu da təşkilatın təsisçilərinin Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) qurucularının ideyalarına sadiqliyi təcəssüm etdirir.
Temirxanın sözlərinə görə, yaxın günlərdə hərəkat qeydiyyat üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edəcək: “Hərəkata rəhbərlik kollektiv olacaq”.
"Musavat.com"un yazdığına görə isə “Quruculuq hərəkatı”nın Lalə Şövkətlə razılaşdırıldığını və xanım siyasətçinin parlament seçkilərində namizəd ola biləcəyini ehtimal edir:
“Əvəz Temirxan Lalə Şövkət Hacıyevanın qurucusu və lideri olduğu, ötən il ləğv edilmiş Azərbaycan Liberal Partiyasının sədri idi. Partiya buraxıldıqdan sonra keçmiş ALP sədri belə bir hərəkat yaratmasını sözsüz ki, Lalə Şövkətlə də razılaşdırıb. Bu həm də belə rəylər yaradır ki, parlament seçkiləri öncəsi Lalə Şövkət “düşərgəsinin” hərəkətlənməsi təsadüfi deyil. Böyük ehtimalla təşəbbüs elə Lalə xanımdan gəlib və o, parlament seçkilərində namizəd olmaq niyyətindədir.
Bütün hallarda uzun müddətdir siyasi susqunluq nümayiş etdirən Lalə Şövkətin yaxın ətrafının, keçmiş partiyasının sədrinin hərəkat yaratması bu düşüncəni formalaşdırır”.

Fikirlər

 Oxşar xəbərlər: