Xəbər lentİ


Tovuz Subartezian Quyularının İstismarı İdarəsində ciddi neqativ hallar mövcuddur

14:25, 16.11.16
534
sosial
Tovuz  Subartezian Quyularının İstismarı İdarəsində ciddi neqativ hallar mövcuddur Azərbaycanda fermerlərin suvarma suyu ilə bağlı üzləşdikləri problemlər yavaş-yavaş aradan qaldırılmaqdadır. Bu barədə ölkə başçısının qəti tapşırıq və göstərişləri var.
Əkin sahələrinin suvarma suyuna olan tələbatını ödəmək üçün əsas vasitələrdən biri də subartezian quyularının qazılması ilə bağlıdır. Qeyd edək ki, son illər ərzində bölgələrimizdə onlarla subartezian quyusu qazılaraq femerlərin istifadəsinə verilib. Görülən bütün işlərə baxmayaraq, hələ də bəzi bölgələrimizdə əhalinin suvarma suyu ilə bağlı problemi mövcuddur.
Bu barədə bir qədər sonra məlumat verəcəyik. Qısaca vurğulamaq istəyirik ki, subartezian quyularının istismarı idarələri yeraltı suların mexaniki üsulla yer səthinə çıxarılaraq əkin sahələrinə verilməsini həyata keçirir. Balansdakı subartezian quyularının və elektrik və mexaniki avadanlıqlarının istismarı, təmiri və bərpası ilə məşğul olur.
İdarənin işçiləri yerlərdə müxtəlif özbaşınalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar
Deyilənə görə, Elxan müəllim idarənin ştat cədvəlinə öz qohumlarının adlarını yazdırmaqla burada “ölü canlar” üsulunu geniş tətbiq edir: «Əgər bu maxinasiya bir tərəfdən dövlət vəsaitlərinin mənimsənilməsinə yol açırsa, digər tərəfdən də idarənin fəaliyyətinə ciddi əngəllər törətmiş olur. Belə ki, faktiki olaraq idarənin ştatında mütəxəssislərə və ixtisaslı fəhlələrə yer qalmır.
Müəssisənin balansında olan texnika üçün tələb olunandan bir neçə dəfə artıq yanacaq və sürtkü materialları alaraq sonradan onların bir hissəsinin yanacaqdoldurma stansiyaları vasitəsilə satır. Bu məmurun məsuliyyətsizliyi və qanunsuz əməlləri nəticəsində onlarla fermer təsərrüfatı su problemindən fəaliyyətlərini dayandırmalı olublar. Bu il isə vəziyyət daha da dözülməzdir. Çünki idarə rəisi qeyri-rəsmi də olsa, əkin torpaqlarına verilən suyun qiymətini daha da qaldırıb».
«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin nəzdində respublikanın doqquz (Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Goranboy, Şəmkir, Şəki, Tətrər, Tovuz) rayonunda subartezian quyularının istismarı idarələri fəaliyyət göstərir. Subartezian quyularının istismarı idarələri tərəfindən 32 rayonun 140,1 min hektar torpaq sahəsi su ilə təmin edilir. Bu idarələrin balansında 6259 ədəd subartezian quyusu var.Daxil olan məlumatlarda bildirilir ki, Tovuz rayon Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti ürəkaçan səviyyədə deyil. İddialara görə, idarənin rəisi Elxan Əsgərovun işdə yol verdiyi ciddi nöqsanlar subartezian quyularının qazılması işlərini xeyli ləngidib: «Fermerlər Elxan Əsgərov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. İdarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur.
Köhnə quyuların bərpası və təmir işləri də yarımçıq görülür. İdarənin işçiləri yerlərdə müxtəlif özbaşınalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Rəis tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının alınması və ən çox da köhnə quyuların əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu işlər çox aşağı səviyyədə görülür. Tovuz rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəhbərliyi hətta bəzi quyuları qanunsuz olaraq fərdi şəxslərə satmaqda, bununla da həmin ərazidə təsərrüfatları yerləşən digər vətəndaşlara külli miqdarda ziyan vurmaqda ittiham olunur».
Araşdırmalar nəticəsində öyrəndik ki, artıq neçə ildir ki, idarəyə rəhbərlik edən Elxan Əsgərov imza atdığı qanundan kənar işlərin sayəsində özünün maliyyə durumunu xeyli yaxşılaşdırıb. Onun Tovuz rayonunun mərkəzində bir neçə ticarət obyektinin, həmçinin Bakıda mənzillərinin olduğu da yayılan məlumatlar arasındadır. Biz çox istərdik ki, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə Tovuz rayon Subartezian Quyularının İstismarı İdarəsinə qəfil yoxlama göndərib qaranlıq işlərə aydınlıq gətirsin. İnanırıq ki, ASC rəhbəri Elxan Əsgərovun fəaliyyətini yoxlasa, onu dərhal işdən azad edəcək. Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Fikirlər

 Oxşar xəbərlər: