Xəbər lentİ


Şəhid hərbi qulluqçumuz son mənzilə yola salınır

10:29, 26.04.21
144
sosial
Şəhid hərbi qulluqçumuz son mənzilə yola salınır Şəhid Hüseyn Xəlilovla vida mərasimi keçirilir.
6 ay komada qalandan sonra ötən gün şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Xəlilov Hüseyn Rasim oğlu ilə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları və Sabunçu Rayon İcra Hakimiyyəti nümayəndələri iştirak edirlər.
Şəhid H.Xəlilov Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid H.Xəlilov Sabunçu rayonunun Nardaran qəsəbəsində dünyaya gəlib. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb və komaya düşüb.

Fikirlər

 Oxşar xəbərlər: