Xəbər lentİ


COVID pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb

10:47, 03.11.21
5
sosial
COVID pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb Dünən Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 60 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 96 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Fikirlər

 Oxşar xəbərlər: