Xəbər lentİ


Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

11:13, 11.11.21
9
sosial
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək? Paytaxtda müşahidə olunan güclü şimal-qərb küləyinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
"Noyabrın 12-si gündüz, 13-də ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gündən etibarən ölkə ərazisində hava şəraiti dəyişib. Noyabrın 11-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Fikirlər

 Oxşar xəbərlər: