Xəbər lentİ


Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

09:41, 24.02.22
95
sosial
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub Dünən saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

Fikirlər

 Oxşar xəbərlər: