Xəbər lentİ


SƏNİNLƏ FƏXR EYLƏYİR VƏTƏN RASİM HƏSƏNOV

13:54, 03.06.22
81
sosial / yazarlar
SƏNİNLƏ FƏXR EYLƏYİR VƏTƏN RASİM HƏSƏNOV
SƏNİNLƏ FƏXR EYLƏYİR VƏTƏN RASİM HƏSƏNOV

(Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı Vətən torpaqlarının düşmən işğalından azad edilməsində nümunəvi tibbi xidmət göstərən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sədri Həsənov Rasim Əlövsət oğluna)

Rəşadətin, hünərin igidlik salnaməsi,
Göstərdiyin şücaət heyran edir hər kəsi.
Qeyrət atributusan, Vətən nizamnaməsi,
Bu adı qazanmayır yetən Rasim Həsənov,
Səninlə fəxr eyləyir Vətən Rasim Həsənov.

Qarabağ savaşında öz imzan var sənin də,
Tarix yazan ordunun daim oldun yanında.
Yaralı əsgərlərə yardım etdin yerində,
Həyata döndü neçə bədən Rasim Həsənov,
Səninlə fəxr eyləyir Vətən Rasim Həsənov.

Yenə iş başındasan, davam edir xidmətin,
Hələ gənc yaşındasan, var hunərin, qüvvətin.
İnsanlığa xidmətdi qazilərə xidmətin,
Ürəklərdə yer alan, bitən Rasim Həsənov,
Səninlə fəxr eyləyir Vətən Rasim Həsənov.

Bəradər vəsf eyləyir layiqli insanları,
Xalq yanında ucadır onların ad-sanları.
Allah özü qorusun sizin tək aslanları,
Sər-seytandan, nəzərdən-gözdən Rasim Həsənov,
Səninlə fəxr eyləyir Vətən Rasim Həsənov.SƏNİNLƏ FƏXR EYLƏYİR VƏTƏN RASİM HƏSƏNOV

Fikirlər

 Oxşar xəbərlər: