Xəbər lentİ


Azərbaycana yay fəsli daxil oldu

14:53, 21.06.22
9
sosial
Azərbaycana yay fəsli daxil olduAzərbaycana yay gəldi.
Ölkədə bu il yay fəsli iyunun 21-i saat 13:13-də başlayır.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Qeyd edək ki, payız fəsli - payız gecə-gündüz bərabərliyi - 23 sentyabr saat 05:03-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan şimal yarımkürəsində payız fəsli başlayır.
Qış fəsli - qış günəş duruşu - 22 dekabr saat 01:48-də daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Fikirlər

 Oxşar xəbərlər: