Xəbər lentİ


Din xadimi olmaq üçün 39 vakant yer üzrə müraciət edən namizədlərin sayı açıqlanıb

18:21, 13.07.22
101
sosial
Din xadimi olmaq üçün 39 vakant yer üzrə müraciət edən namizədlərin sayı açıqlanıbDin xadimi olmaq üçün 39 vakant yer üzrə 267 namizəd müraciət edib.
Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyin 8-ci maddəsinə əsasən din xadimlərinin təyinatı və attestasiyası Komitənin səlahiyyətləri sırasına daxil edilib.
Qanunun bu tələbindən irəli gələn məsələlərin icrası məqsədilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” təsdiq olunub və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Qaydalara uyğun olaraq din xadimlərinin təyinatı və attestasiyası üçün müsahibə proqramı tərtib edilib, Müsahibə və Attestasiya komissiyaları formalaşdırılıb, eyni zamanda 24.05.2022-ci il tarixində elan edilmiş İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə vakant vəzifələrə sənəd qəbulu 24.06.2022-ci ildə başa çatıb. Göstərilən müddət ərzində komitəyə ümumilikdə 267 namizəd sənəd təqdim edib.

Fikirlər

 Oxşar xəbərlər: