Xəbər lentİ


Narkomaniyaya qarşı mübarizə İctimai Fikir Akademiyası -IFA da müzakirə edildi - FOTO

19:07, 13.07.22
17
sosial
Narkomaniyaya qarşı mübarizə İctimai Fikir Akademiyası -IFA da müzakirə edildi - FOTOMilli Cəbhə Partiyası - MCP yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirib.

Tədbirdə MCP sədri, deputat Razi Nurullayev, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Bəxtiyar Abbaszadə, “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalovaa, Regional Sosial Təşəbbüslərə Dəstək İB-nin sədri Emil Maqalov, Polisə Dəstək İB-ni sədri Şəmsəddin Əliyev, MCP sədrinin birinci müavini Rafiq Daşdəmirli və digərləri iştirak ediblər.

Tədbiri MCP-nin sədr müavini Ehtiram Mehtiyev açıb. O, İFA-nın fəaliyyəti və mövzuyla bağlı qısa məlumat verdikdən sonra sözü ekspertlərə verib.

Bəxtiyar Abbaszadə çıxışında bildirib ki, narkomaiya dövlətin, cəmiyyətin və hər bir fərdin təhlükəsizliyinə ciddi təhdidlərdən biridir və bunun üçün də bu gün dövlət tərəfindən narkomaniyaya qarşı ciddi mabarizə aparılır:

“Lakin görüllən tədbirlərə baxmayaraq narkomaniya bu gün beynəlxalq terrorçuluğun əsas maliyyə mənbələrindən sayılır. Bu gün dünyada narkosituasiya gündən-günə mürəkkəbləşir, narkomanların sayında artım müşahidə olunur. Bu problem ölkəmiz üçün də mənfi təsirsiz ötüşmür və bu problemin vurduğu ziyanın həcmi çox böyükdür. Narkotik insanı fiziki və posixoloji məhv edir. Təsəvvür edin narkotikdən istifadə edən insan öz evinin əşyalarını oğurlayıb satır narkotik ala bilmək üçün. Narkoman narkotik əldə edə bilmək üçün hər şey etməyə, oğurluğa, insan öldürməyə belə hazırdır. Ölkədə və dünyada narkomaniyaya qarşı aparılan bütün tədbirlərə baxmayaraq bu proses səngimir, çünkü bunun kökündə maliyyə amili dayanır. Narkotik dünyada neft və silah alverindən sonra ən böyük gəlir gətirən sahədir. Azərbaycanda təbii yolla əldə olunan narkotiklərin əkilib-becərilməsi mümkündür, eyni zamanda ölkənin coğrafi mövqeyi narkotik qaçaqmalçığı həyata keçirən transmilli cinayətkar şəbəkələrin diqqətindən yayınmır. Ölkəmiz idxal-ixrac və tranzit daşına marşurutu kimi istifadə olunmaqdadır. Əlbəttə bunun qarşısını almaq üçün də daxili işlər orqanları tərəfindən gərəkli tədbirlər keçirilməkdədir”.

Mehriban Zeynalova Milli Cəbhə Partiyasının və deputat Razi Nurullayevin təşəbüsünü yüksək qiymətləndirdiyini bildirərək qeyd edib ki, nəticə əldə edə bilmək üçün doğru mübarizə aparılmalıdır:

“Mən şahidi olduğum faciələr, haqqında xüsusilə qadınların, hamilə qadınların, uşaqların narkotik aludəçisi olması, genefondun pozulması, ailə zəmnində törədilən zorakılıq, cinayətlər haqqında danışa bilərəm. Lakin bir məsələyə toxunmaq istıyirəm. Bu gün DİN tərəfindən genişm miqyaslı tədbirlər görülür, görüşlər keçirilir, insanlar marifləndirilir. Lakin biz narkotikə yox deməklə bu problemi həll edə bilirikmi? Biz düşünməliyik ki, bu görüşlər zamanı hansı sözlərdən istifadə etməliyik, necə danışmalıyıq ki, səmərəli olsun, nəticə olsun. Biz düzgün mesajlar seçməliyik. Narkotik istifadəçisi bizi anlamaq iqtidarında deyil, biz digərlərini bu yoldan çəkindirməliyik.

Digər məsələlə sosial problemlərdir. Ailələrdən başlamaq lazımdır öncə. Bunun üçün də həssas ailələrə sosial işçilər təyin edilməlidir. Bunu parlamentdə qaldırmaq olar. Resusrslardan düzgün istifadə etməklə biz problemin qarşısılnı ala bilərik. Cəzalara gəkldikdə, hər kəsi həbs etmək də mümkün deyil. Biz marifləndirməni gücləndirməliyik”.

Şəmsəddin Əliyev bildirib ki, narkomaniya ilə mübarizədə dini komitə, Qafqaz Müsəlmanlar İdarəsi, dindarlar kənarda qalmamalıdır:

“Quranda bildirilir ki, insanın ağlını çaşdıran hər bir şey haramdır. Narkotik maddə də ağlı çaşdırır. Deməli haramdır. Niyə ruhanilərimiz bu istiqamətdə bir tədbir keçirtmirlər? Məclislərdə insanlara müraciətlər etməlidir, ruhanilər insanları marifləndirməlidir narkotikin günah olması, zərərli olmasıyla bağlı.

Digər bir faktor gənclərin, yeniyetmələrin asudə zamanlarında məşğuliyyət məsələsidir. Biz bunu taleyin axarına buraxmışıq. Uşaq məktəbdən sonra idmana getməlidir, amma hamısı pulludur, istər Bakıda, istər regionlarda. Bunlar hamısı narkommanlığa aparan yollardır”.

Razi Nurullayev çıxışında bildirib ki, narkotik vasitələrin satışıyla məşğul olan insanların aşkara çıxarılması üçün mükafatlandırılma olmalıdır:

“Dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmalıdır. Kim satıcıları aşkar edərsə ona yaxşı məbləğdə vəsait ödənsin. Kiçik bir məlumatla böyük bir şəbəkəni aşkara çıxartmaq olar.

Məktəblərdə ciddi maarifləndirmə aparılmalıdır. Məktəbdə narkotikdən danışmağa qadağa qoyulmamalıdır. Uşaqlara narkotikin zərəri izah edilməlidir. Mediada da ciddi marifləndirmə aparılmmalıdır, televizorda narkotikin vurduğu zərərlər açıq göstərlilməlidir. Qoy insanlar görüb çəkinsinlər. Qadağa qoymaqla problem həll olmur.

Testləşdirmənin aparılması da vacibdir, özəlliklə hərbçilər, müəllimlər və həkimlər arasında.

Bu gtün QHT-lərin də üzərinə çox iş düşür, lakin onların bunu etmək imkanı yoxdur. QHT-lərə kifayət qədər maliyyə ayrılmalıdır ki, normal fəaliyyət göstərə bilsinlər. Bu gün vətəndaş cəmiyyəti məhv edilib.

Sosial işçilər çox gözəl təşəbbüsdür. Tibblə, zərərli vərdişlərlə, ailə münasibətləri, uşaqlarla bağlı sosial işçilərin ailələrə təmin olunması məsələsi həll edilməlidir.

Asudə vaxtın keçirilməsiylə bağlı da çox ciddi problemlər var. Özəlliklə regoionlarda durum çox pisdir. Regionlarda asudə vaxtın səmərəli keçirilməsi, əyləncə üçün şərait yoxdur, heç pullu da yoxdur. Çox az yerlərdə nəsə taparsan”.

Emin Maqalov çıxışında artımın əsas səbələrindən danışıb:

“Əvəlki narkotiklərlə indikilər arasında ciddi fərq var. Əvvəlkiləri istifadə etmək üçün 3-4 əşya lazım idi, indi isə heçnə lazım deyil. Onun özünü tapmaqla məsələ həll olunur. Artım ona görə yarandı.

Satış məsələsində problem odur ki, 70 % həmin narkomanların özləri məşğul olur satışla. Aludəçi olur, sonra doza artır, pul tapmır və başlayır ya oğurluq etməyə, ya da özü narkotikin satışıyla məşğul olmağa ki, narkotik əldə edə bilsin.

Əsas problemlərdən biri mülaicə məsələsidir. Müalicə müəssələrində yer yoxdur. Pulu olmayana yer yoxdur, pulun varsa hər zaman yer var. Müalicə ümumiyyətlə keyfiyyətsizdir.

Ailələrin uşaqla ətraflı məşğul olmağa zamanı olmur, imkanı olmur. Valideyn işdə olur, bilmir uşağı nə ilə məşğuldur. Bununla məşğul olmalıdır məktəb psixoloqu. Məktəb psixoloqlarının isə demək olar 90%-nin narkotikdən xəbəri yoxdur. Psixoloqların öncə əmək haqqı qaldırılmalı, onlara lazımı şərait yaradılmalıdır ki, onlar da uşaqlarla normal məşğul ola bilsinlər. Bu gün məktəblərdə psixoloqlar tam fəaliyyətsizdirlər.

Məktəblərdə iclaslara, müzakirələrə əsasən həssas, təhlükəyə meyilli uşaqlar cəlb edilməlidir, tərbiyəli, yaxşı oxuyan, nümunəvi ailə uşaqları yox. Və biz uşaqlarla onların öz dillərində danışmalıyıq”.

Rafiq Daşdəmirli çıxış edərək bildirib ki, narkotikin yayılmasında məqsəd genofondumuzu, milli dəyərlərimizi, ailə dəyərlərimizi, millətimizi məhv etməkdir:

“Ölkədə bu gün kimin pulu var müalicə oluna bilir. Pulun yoxdursa müalicə oluna bilməzsən.

Ən təhlükəsi, ağrılısı odur ki, orta məktəblərdə, qadınlar arasında narkomaniyanın artığı müşahidə edilir. Bu, bizim millətimiz üçün bir faciədir”.

MCP-nin sədr müavini, hüquqşünas Vüqar Dadşov bildirib ki, bu gün narkommanlarla bağlı tibbi məcburi tədbirlər icra olunmur:

“Çünkü onu həyata keçirən müssisələrimiz yoxdur. Tək marifləndirməklə problem həll edilmir. Bu gün bizim uşaqlarımızın idman etməsi üçün yaxşı maliyyə lazımdır. İmkanı olan uşağınıl idmana göndərə bilir, amma imkanı olmayan yox. Biz uşaqları küçədən yığıb ona nəsə məşğuliyyət verməliyik. Bütün regionlarda idman, olimpia kompleksləri var, ancaq vətəndaş ondan istifadə edə bilmir, hamısı pulludur”.
Narkomaniyaya qarşı mübarizə İctimai Fikir Akademiyası -IFA da müzakirə edildi - FOTO
Narkomaniyaya qarşı mübarizə İctimai Fikir Akademiyası -IFA da müzakirə edildi - FOTO
Narkomaniyaya qarşı mübarizə İctimai Fikir Akademiyası -IFA da müzakirə edildi - FOTO
Narkomaniyaya qarşı mübarizə İctimai Fikir Akademiyası -IFA da müzakirə edildi - FOTO
Narkomaniyaya qarşı mübarizə İctimai Fikir Akademiyası -IFA da müzakirə edildi - FOTO

Fikirlər

 Oxşar xəbərlər: