Xəbər lentİ


Mədəniyyət işçilərinin şəhid ailərinə növbəti ziyarəti

20:02, 13.07.22
16
sosial
Mədəniyyət işçilərinin şəhid ailərinə növbəti ziyarəti
Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən II Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrinin və təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsi davam etdirilməkdədir.

Belə ki, Qurban bayramı ərəfəsində Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Saatlı rayon komitəsininin birgə təşkilatçılığı ilə 07 iyul 2022-ci il tarixində İdarə rəisi Fərid Qurbanzadə, idarənin Saatlı rayonu üzrə nümayəndəsi İlkin Zeynalov və komitə sədri Sakit Bağırov tərəfindən Saatlı rayonundan şəhid Elmir İbrahimovun ailəsi ziyarət edilmişdir.

Təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsinin də davam etdirilməsi çərçivəsində uzun müddət Saatlı rayon Mərkəzi kitabxanasında çalışmış Şirin Mərdanova da ziyarət edilmişdir.

Hər iki ailəyə mədəniyyət işçiləri adından bayram təbrikləri çatdırılmış, onlara bayram sovqatı təqdim edilmişdir.Mədəniyyət işçilərinin şəhid ailərinə növbəti ziyarəti

Fikirlər

 Oxşar xəbərlər: