Xəbər lentİ


Əvəz Zeynallı apellyasiya şikayəti verib

21:33, 13.09.22
9
sosial
Əvəz Zeynallı apellyasiya şikayəti veribRüşvət almaqda təqsirləndirilərək həbs edilən "Xural" internet kanalının rəhbəri Əvəz Zeynallı barəsində olan həbs qəti imkan tədbiri ilə bağlı Binəqədi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Proses Bakı Apellyasiya Məhkəməsində icraya götürülüb. İş üzrə proses sentyabrın 13-nə təyin edilib. Şikayət hakim Həsən Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Əvəz Zeynallı "Baku Still Company" şirkətinin həbsdə olan sabiq rəhbəri, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda təqsirləndirilərək həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3(külli miqdarda rüşvət alma) maddəsilə ittiham elan olunub.
R.Məmmədov bildirib ki, Əvəz Zeynallı onu dəfələrlə hədələyib:
" Əvəz jurnalist deyil, cinayətkardır. Neçə illərdir mənə təzyiq edərək, pul tələb edir. İndi şükür Allaha gəlib oturub qonşuluqda ağlı başına gəlir. Əvəz dəfələrlə məni şantaj edir və ailəmə qarşı terror edirdi. 2005-2020-ci illərdə məni şantaj edib. İndi də davam edirdi".

Fikirlər

 Oxşar xəbərlər: