
“Yaxın günlərdə Media Reyestri tam fəaliyyətə başlayacaq”.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, MEDİA peşəkarlığın artırılması üçün jurnalistlər üçün təlimlər təşkil edir:
“İlin sonuna qədər bu təlimlər daha da gücləndiriləcək. Çalışırıq ki, islahatlarımız hər bir sahə üzrə davamlı olsun”.