Xəbər lentİ


Ağdamda qazıntı zamanı insan sümükləri aşkarlandı

15:51, 11.04.23
23
sosial
Ağdamda qazıntı zamanı insan sümükləri aşkarlandıAğdamda qazıntı zamanı insan sümükləri aşkarlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Ağdam rayon, Ergi düzü adlanan ərazidə qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilməsi faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, daha əvvəl də işğaldan azad edilmiş torpaqlarda kütləvi məzarlıqlar aşkarlanıb. Belkə ki, azad edilmiş ərazilərdə, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.

Fikirlər

 Oxşar xəbərlər: