Xəbər lentİ


Azərbaycanda məhkəmə, hüquq mühafizə və prokurorluq orqanları üçün ayrılan vəsaitin məbləği açıqlanıb

13:20, 31.05.23
50
sosial
Azərbaycanda məhkəmə, hüquq mühafizə və prokurorluq orqanları üçün ayrılan vəsaitin məbləği açıqlanıb2022-ci ildə Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üçün ayrılan vəsaitin məbləği açıqlanıb.
Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qeyd olunan istiqamətdə 2 366 651 606 manat vəsait xərclənib.
Həmin vəsaitin 128 916 786 manatı məhkəmə hakimiyyətinə, 1 771 305 245 manatı hüquq-mühafizə orqanlarına, 110 046 192 manatı prokurorluq orqanlarına, 8 186 177 manatı məhkəmə qərarlarnın icrası, 6 049 725 manatı hüquqi yardım, 342 147 481 manatı məhkəmə hakimiyyəti, hüquq mühafizə va prokurorluq sahələrinə aid edilən digər faaliyyətlər üzrə xərclənib.

Fikirlər

 Oxşar xəbərlər: