Qərbdə şiə ilə sünnini bir-birinə düşmən ediblər.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda konfransda deyib.
O bildirib ki, ölkəmizdə heç vaxt belə olmayıb.
“Bir dinin nümayəndəsi digərinə düşmən münasibət bəsləməyib. Hətta dini inancı olmayan, Allaha inanmayanlara belə düşmən münasibət olmayıb”, - deyə o qeyd edib.